Çezare d'Este (; ) — VI Modena və Reccio hersoqu.
1562-ci ildə Ferrarada doğuldu. Atası Modena, Reccio və Ferrara hersoqu I Alfonsonun məşuqəsi Laura Diantidən doğulan böyük oğlu Montekko markizi Alfonso d'Estedir. Anası isə Urbino hersoqu I Françesko Mariya della Roverenin qızı Culya della Roverdir. Üstəlik anası da Modena hersoqu I Erkolenin qızı İzabella d'Estenin nəvəsi idi. Taxta çıxdığı 1597-ci ilədək həyatıyla bağlı yetərli məlumat yoxdur. Ancaq onun 30 yanvar 1586-cı ildə Böyük Toskana hersoqu I Kozimonun nigahdan kənar qızı Virciniya Mediçi ilə evləndiyi bilinir. Cütlüyün bu nigahdan 10 övladı doğuldu.
Culya d'Este (1588-1645), heç vaxt evlənmədi. III Alfonso d'Este Laura d'Este (1594-1630) Luici d'Este (1594-1664) Yekaterina d'Este (1595-1618) Anna Elyanora d'Este (1597-1651), heç vaxt evlənmədi və rahibə oldu. İppolito d'Este (1599-1647) Nikolo d'Este (1601-1640) Borso d'Este (1605-1657) Foresto d'Este (1606-1640)
1597-ci ildə Modena, Reccio və Ferrara hersoqu II Alfonso geridə varis buraxmadan vəfat etdi və beləcə, Este ailəsinin leqal kişi şəcərəsi sonlandı. Müqəddəs Roma imperatoru II Rudolf isə Modena və Reccio mülkü üçün ailənin yan şəcərəsinə mənsub Çezare d'Estenin suverenliyini tanıdı. Çezare d'Este I Alfonsonun nigahdan kənar doğulan oğlunun oğlu, yəni mərhum hersoqun ögey əmisi oğlu idi. Ancaq bu təyinat yalnız imperator tərəfindən tanındı. Roma papası VIII Klement bunu qəbul etmədi və hətta, Ferrara mülkünü yenidən Papa dövlətinə ilhaq etdi. Este ailəsi mənsubları Ferraradan qovuldu. 1598-ci ilin yanvarında Modenaya gələn Çezare d'Este buranı yeni paytaxt elan etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:D'Este