Tofiq Paşayev (1966, Bakı) – azərbaycanlı hüquqşünas, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri (2021 – h/h)
Həyatı Tofiq Temir oğlu Paşayev 1966-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetindən məzun olub.
Fəaliyyəti 2000–2007-ci illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi
2007–2012-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri
2012–2021-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri
21 may 2021-ci ildə Azərbaycan Prezidentinin təqdimatına, Azərbaycan Milli Məclisinin Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.
24 may 2021-ci ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin olunub.
26 may 2026-cı il tarixdə Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin olunub.
2021-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2025-ci ildən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının sədridir.
Təltifləri Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Tofiq Temir oğlu Paşayev "Tərəqqi" medalı ilə təltif edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvləri Kateqoriya:"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər