Samir Fərid Caacaa (; ) — Livan siyasətçisi və keçmiş hərbi qruplaşma komandiri, 1986-cı ildən bəri Livan Qüvvələri adlı siyasi partiyanın və keçmiş hərbi qruplaşmanın lideridir."Lebanese Christian leader says Hezbollah’s fighting with Israel has harmed Lebanon," AP.

Əyn əl-Remmanehdə anadan olan Caacaa erkən yaşlarında millətçi"ISIS Improves Hezbollah’s Standing," Lobe Log. Kataib partiyasına qoşulmuşdur. O, 1979-cu ildən 1984-cü ilə qədər Livan Qüvvələrinin şimal cəbhəsinə rəhbərlik etmişdir. 1985-ci ilin mart ayında Livan Qüvvələrinin lideri Bəçir Cəmayelin öldürülməsindən sonra şərq bölgələrində xristianların siyasi vəziyyətinin pisləşməsindən sonra, o, Eliye Hobeyka və Kərim Pakraduni ilə birlikdə üsyana rəhbərlik etdi və bu üsyan nəticəsində siyasi vəziyyət qan tökülmədən nəzarət altına alındı. 15 yanvar 1986-cı ildə Caacaa Suriyanın sponsorluğu ilə Livan Qüvvələrinin komandanı olmaq üçün üçtərəfli sazişə qarşı çevrilişə rəhbərlik etdi və nəticədə o dövrdə icra orqanının rəhbəri və üçtərəfli sazişi imzalayanlardan biri olan Eliye Hobeyka devrildi.

Caacaa əvvəlcə Baş nazir (vəzifəsi mübahisə olunurdu) General Mişel Aunun Suriya ordusuna qarşı elan etdiyi "Azadlıq müharibəsi"ni dəstəkləyirdi. 31 yanvar 1990-cı ildə Mişel Aunun rəhbərlik etdiyi Livan Silahlı Qüvvələri Livan Qüvvələrinə müharibə elan etdi və rəsmi olaraq buna "Tüfəngin Birləşməsi müharibəsi" adını verdi, lakin sonradan münaqişə İmha müharibəsi adlandırıldı.

Caacaan;n rəhbərliyi altında Livan Qüvvələri vətəndaş müharibəsinə son qoyan və ərazisinə nəzarəti Livan ordusuna qaytaran Taif sülh müqaviləsinə razılıq verdi, bundan başqa 1991-ci ildə Yuqoslaviya müharibələrində döyüşən serb qruplarına silah satışı baş tutdu. Razılaşmaya uyğun olaraq, o, dərhal Livan Qüvvələrinin hərbi və təhlükəsizlik qolunu ləğv etmiş və bütün hərbi aktivlərini Livan ordusuna təhvil vermişdir. Lakin Beyrut Suriya Ordusunun nəzarəti altında olduğundan, partiya üzvləri təzyiqə məruz qaldılar və Suriya ordusu müqavilədə göstərildiyi kimi geri çəkilməkdən imtina etdilər.

24 yanvar 1990-cı ildə Caacaa Baş nazir Ömər Kərəminin rəhbərlik etdiyi müharibədən sonrakı ilk kabinetdə dövlət naziri təyin edildi. Caacaa Suriya rejiminin kabinetə açıq nəzarət etməsi səbəbindən bu vəzifəni rədd etdi. 16 may 1992-ci ildə Caacaa yenidən Rəşid Solhun kabinetində nazir təyin edildi, lakin eyni səbəblərə görə yenidən imtina etdi. 1994-cü ildə Caacaa kilsəni bombalamaq və müharibə zamanı siyasi qətllər törətməkdə ittiham olunaraq həbs edildi və məhkəmə qarşısına çıxarıldı. O, ittihamları rədd etdi və onun Suriya-Livan təhlükəsizlik aparatı tərəfindən uydurma siyasi təqibin hədəfi olduğunu bildirdi.

Caacaa 11 il tək kamerada keçirdi. Sidr inqilabı və ardınca Suriya qüvvələrinin Livandan çıxarılmasından sonra yeni seçilmiş Livan parlamenti 18 iyul 2005-ci ildə ona əfv verilməsinə qərar verdi.Amnesty for Lebanese ex-warlord , BBC News, 18 July 2005. Retrieved on 7 July 2009.

İlkin həyatı və təhsili Caacaa 25 oktyabr 1952-ci ildə Beyrutun Əyn əl-Remmaneh rayonunda anadan olmuşdur, onun ailəsi Livanın şimalındakı Bşarri şəhərindən olan təvazökar bir maruni ailə idi. Atası Fərid Caacaa Livan ordusunda adyutant idi. Qardaşı Cozef ABŞ-nin Merilend ştatında çalış riyaziyyatçıdır. O, Furn əl-Çebek adlı yaşayış məntəqəsində yerləşən "Ecole Bénilde" adlı pulsuz özəl məktəbdə ibtidai və orta təhsilini almışdır. Cübran Xəlil dərnəyinin təqaüdü ilə Beyrut Amerika Universitetində, daha sonra isə Müqəddəs Cozef Universitetində tibb təhsili almışdır. 1975-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra Caacaa Beyrut Amerika Universitetindəki dörd illik təhsilini yarımçıq qoydu. O, 1975-ci ildə Livan Vətəndaş Müharibəsinin başlaması ilə əsas xristian döyüş qüvvəsinə çevrilən sağçı Falanjist partiyasının fəal üzvü idi. O, parlament üzvü Setrida Caacaa ilə evlidir.

Müharibə dövrü (1975–1990) Falanjist Kataib partiyasının tənzimləyici qüvvələrinin o vaxtkı komandiri Bəşir Cəmayelin tapşırığı ilə Caacaa müxtəlif vəzifə pillələrinə yüksəldi və bir neçə əməliyyata rəhbərlik etdi. 1978-ci ilin iyun ayında keçmiş prezident Süleyman Franjye ilə hakimiyyət uğrunda mübarizədə falanjist partiyasının lideri Cud əl-Bayenin Şimali Livanda öldürülməsindən sonra Bəşir Cəmayel Caacaa və Eliye Hobeykaya Franjyenin Ehdendəki malikanəsində gizlənən şübhəliləri tutmaq üçün bir hərbi bölməyə birgə rəhbərlik etməyi əmr etdi. Hadisə Ehden qırğını kimi tarixə düşdü. Hücum edən qüvvələr (hansısa yollarla onlarla Suriya ordusunun nəzarət məntəqəsini keçərək) Caacaanın yaralandığı Ehden şəhərinin kənarında müqavimətlə qarşılaşdılar. O, Beyruta aparıldı və bir vaxtlar özünün təcrübə dərslərinin keçirildiyi Beyrutun Əşrəfiyə rayonundakı Hôtel-Dieu xəstəxanasına yerləşdirildi. Onun sağ əli qismən iflic oldu, təhsilinə gəldikdə isə onu davam etdirə bilmədi. Hərbi əməliyyat zamanı isə Toni Franje və onun ailəsi qətlə yetirildi. Caacaa daha sonra Fransadakı bir xəstəxanaya aparıldı.

Caacaa 1980-ci illərin əvvəllərində Livan Qüvvələrinin (LQ) şimal cəbhəsinin milis dəstəsinin rəhbəri təyin edildi və burada əsasən doğma şəhəri Bşarridən və Livanın şimalındakı digər şəhər və kəndlərindən olan təxminən 1500 döyüş təcrübəsi olan əsgərə komandanlıq etdi. Caacaa Qnat əyalətinin Əl-Kura rayonunda Suriya ordusuna qarşı şiddətli döyüşlərdə ordusuna rəhbərlik etmişdir. 1982-ci ildən 1983-cü ilə qədər Caacaa Livanın mərkəzindəki Şuf dağlarına nəzarət uğrunda döyüşdə Valid Cumblattın Mütərəqqi Sosialist Partiyasının milis bölməsi, fələstinlilər və suriyalılara qarşı Livan Qüvvələrinə komandanlıq etmişdir.

İsrailin 15 fevral 1985-ci ildə Sayda şəhərindən geri çəkilməsinin ardından Caacaa Saydanın şərqində və şimalında yerləşən xristian kəndlərindən Ayn əl-Hilva qaçqın düşərgəsini və şəhərin özünü hədəf alan LQ-nın hücumuna başladı. Aprelin 24-də onun döyüşçüləri geri çəkilməyə məcbur oldular və nəticədə İqlim əl-Xərrub regionunun kəndlərindən təxminən 60.000 maruni qaçmalı oldu.Middle East International No 309, 26 September 1987, Publishers Lord Mayhew, Dennis Walters MP; Rosemary Sayigh pp.13-15

1 aprel 1990-cı ildə Azadlıq müharibəsi zamanı İlyas Hrauinin hökuməti donanma admiralı Eliye Hayekə qubernatorluqdakı LQ kazarmalarını ələ keçirməyi əmrini verdi. Bu addım Caacaa və Hraui arasında bağlanmış razılaşmanın bir hissəsi idi. Bu razılaşmaya əsasən, ordu kantonun 2/3-ni (qalan 1/3-i Şimali qubernatorluq və Beyrutun şərqindəki Əhrəfiyyədə idi) hərbi və siyasi cəhətdən ələ keçirəcəkdi, lakin milisin 10.000 nəfərlik qüvvəsi hələlik toxunulmaz qalacaqdı.

Lakin Mişel Aun açıq şəkildə bildirmişdir ki, LQ ilə Hraui hökuməti arasında təhvil-təslim və ya hər hansı bir ittifaqı qəbul etməyəcək. İmha müharibəsi Beyrutun şərqi və onun ətraf ərazilərini (Metnə qədər) viran qoyduğu üçün təhvil vermə prosesi əslində Kisrevan rayonundan (Nəhr əl-Kalb hissəsindən başlayraq) Bərbaraya qədər baş tutdu.Mideast Mirror 22 Oct. 1990, 23 Lakin hardasa may ayında LQ Cuniyədən Beyruta qədər bütün sahil xəttini Aunun qoşunlarından azad etmiş və dəniz təchizatı yollarını tamamilə kəsmişdi. Bundan əlavə, Caacaa hökumətə inteqrasiya etmək istəyinin simvolu olaraq Hayeki Cuniyədəki LQ kazarmasına yerləşdirdi, baxmayaraq ki Aun hər hansı bir Hraui-LQ ittifaqının yaradılmasına qarşı çıxmışdır. Bu hadisələr, Suriya ordusunun dəstəyi ilə birlikdə, vəziyyəti kəskin şəkildə Taif razılaşmasının nəticəsində yaradılmış hökumətin xeyrinə dəyişdirdi.

Livan Qüvvələri thumb|Samir Caacaa və Vilyam Xauinin qızı Leyla 12 mart 1985-ci ildə Caacaa və Eliye Hobeyka Livan Qüvvələri üzərində Fuad Əbu Nadirin rəhbərliyinə son qoymaq üçün daxili çevriliş təşkil etdilər. Əbu Nadir əmisi prezident Əmin Cəmayel ilə çox yaxın əlaqədə olduğu hesab olunurdu və əksər LQ liderləri sonuncunun siyasətini bəyənmirdilər. 15 yanvar 1986-cı ildə Caacaa Hobeykanı devirdikdən sonra Livan Qüvvələrinin rəhbəri oldu. Növbəti il ərzində Caacaa LQ-ni ətraflı şəkildə mütəşəkkil, yaxşı təlim keçmiş və təchiz olunmuş bir hərbi qüvvəyə çevirdi və bu, Livan torpağında indiyə qədər mövcud olan ən inkişaf etmiş qüvvələrdən biri idi. O, müharibədən əziyyət çəkən dövlət administrasiyasının yaratdığı boşluğu doldurmaq üçün sosial təminat və dövlət xidmətləri yaratdı.Collelo, Lebanon: a country study (1989), p. 223.Barak, The Lebanese Army – A National institution in a divided society (2009), p. 115. O, həmçinin xristian bölgələrdən yığılan vergiləri aradan götürdü, pulsuz açıq ürək əməliyyatları təşkil etdi, xristian şəhərlərini Avropa və Amerikadakı xarici şəhərlərlə qardaşlaşdırdı və Halat bölgəsində hava limanı açmağa çalışdı, çünki Beyrut Beynəlxalq Hava Limanı (Beyrutun qərb ətrafında yerləşir) Suriya qüvvələrinin nəzarəti altında idi və bu da Livan xristianları üçün girişi demək olar ki, mümkünsüz edirdi.

Müharibədən sonrakı dövr (1990) 1990-cı ilin fevral ayında general Mişel Aun Caacaanın Livan Qüvvələrini Beyrutun şərqindən çıxarmaq üçün hücuma başladı. 15 illik vətəndaş müharibəsi dövrü ilə müqayisədə bu döyüşlər zamanı Beyrutun xristian əraziləri daha çox dağıntı və itkiyə məruz qaldı.Middle East International No 369, 16 February 1990, Publishers Lord Mayhew, Dennis Walters MP; Jim Muir pp.5,6

13 oktyabr 1990-cı ildə Suriya general Aunu Baabdadakı prezident sarayından qovdu. Aun Prezident Əmin Cəmayelin səlahiyyət müddəti bitdikdən sonra prezident seçkilərinin olmaması səbəbindən yaranan boşluğu dolduran müvəqqəti hökumətə rəhbərlik edirdi. Aunun getməsi ilə Caacaa artıq xristian əhalini təmsil edən yeganə baş lider oldu. Daha sonra Caacaaya yeni Livan hökumətində (Milad ərəfəsində formalaşdırıldı) nazir vəzifələri təklif edildi.Lebanon's Cabinet Named, Then Boycotted. The New York Times, 25 December 1990. Retrieved on 28 February 2008.

Kataib partiyası ilə əlaqələri LQ lideri olmaqla yanaşı, Caacaa Kataib siyasi bürosundakı yerini qorudu. 1992-ci ildə o, Kataib partiyası prezidenti seçkilərində namizədliyini irəli sürdü, lakin Jorj Saadeyə uduzdu və onunla olan münaqişəsi şiddətləndi. Həmin ilin sonlarında Saade Caacaanı və "xilasetmə komitəsi" kimi tanınan təşkilatın bütün üzvlərini partiyadan uzaqlaşdırdı.Split Threatens Lebanon's Biggest Christian Party. The New York Times, 16 January 1993. Retrieved on 28 February 2008. Komitə LQ və Caacaaya sadiq olan rayon rəhbərləri və siyasi büronun bir neçə üzvü tərəfindən yaradılmışdır.

Həbs və məhkəməsi Suriya tərəfindən Caacaaya Suriyanın Livanda mövcudluğunu qəbul etmək və ya ittihamlarla üzləşmək üçün təzyiqlər artırıldı. Həbs olunmazdan əvvəl ona rəğbət bəsləyən bir neçə siyasətçi onunla əlaqə saxlayaraq qarşıdan gələn proseslər barədə xəbərdarlıq etmiş və Livandan təhlükəsiz şəkildə çıxmağı təklif etmişdi. Caacaa ölkəni tərk etməkdən imtina etdi. Suriyalılar 1990-cı ildən əvvəl törədilən bütün cinayətlər və vəhşiliklərinə yönəlmiş o vaxtkı Prezident İlyas Hrauinin elan etdiyi əfv qanununun zəifliklərindən istifadə etdilər. Bu qanunda həmçinin qeyd olunurdu ki, həmin tarixdən sonra törədilən hər hansı bir cinayət amnistiyanın altına düşməyəcək. 26 yanvar 1994-cü ildə Caacaa Prezident Hafiz Əsədə oğlu Basilin avtomobil qəzasında həlak olmasına görə başsağlığı vermək üçün Suriyanın Qardaha şəhərinə getdi. Onun Suriyaya səfəri zamanı prezidentin qaynı Məhəmməd Məxluf ondan suriyalı zabitlərlə danışmasını istəsə də, Caacaa yalnız dəfn mərasiminə gəldiyini bildirdi, bu hərəkət onun suriyalılarla əməkdaşlıqdan imtina etməsi kimi qəbul edildi.