thumb|23 yanvar 2017-ci ildə "Kodansha" nəşriyyatı tərəfindən buraxılmış birinci tankobon cildinin üzlüyü. Personaj: Koko.

"Witch Hat Atelier" Kamome Şirahama tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyasıdır. 22 iyul 2016-cı ildə "Kodansha" nəşriyyatının "Morning Two" jurnalında serializasiya olunmağa başlamışdır. Jurnal 4 avqust 2022-ci ildə rəqəmsal formata keçmiş və manqa bu formatda serializasiyaya keçmişdir. Birinci tankobon cildi 23 yanvar 2017-ci ildə buraxılmışdır. 21 noyabr 2025-ci ilə qədər 15 tankobon cildi buraxılmışdır.

Manqa seriyasında hadisələr cadugərlərin sehrlə məşğul olduğu bir dünyada cərəyan edir. Cadugərlər müxtəlif dizayn və təsvirlərdən istifadə edərək sehrlərdən istifadə edirlər. Sehr keçmişdə bir çox münaqişə və müharibəyə səbəb olduğu üçün Razılıq Günü adlı hadisədən sonra sadəcə müəyyən şəxslərin sehrlə məşğul olmasına icazə verilmiş və insan bədəninə tətbiq olunan sehrlər qadağan olunmuşdur. Koko adlı qız bir gün cadugər olmaq arzusunda olsa da, o, sehrlə məşğul olmayan təbəqədəndir. Bir gün yanlışlıqla bir sehrdən istifadə edərək anasını daşa çevirir və həm arzusunu gerçəkləşdirmək, həm də anasını xilas etmək üçün Kifri adlı cadugərin şagirdi olur. Koko tezliklə özünü qadağan olunmuş sehrdən istifadəni dəstəkləyən cadugər qrupu olan Qıraqpapaqlıların hədəfinə çevrilir.

Manqa seriyasına əsaslanan "Witch Hat Atelier Kitchen" adlı spin-off manqası 22 noyabr 2019-cu ildə "Morning Two" jurnalında serializasiya olunmağa başlamışdır.

"Bug Films" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının 2026-cı ilin aprelindən yayımlanmağa başlamışdır.

Cild siyahısı

İstinadlar

Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları