Ember Tander Rouz Midtander () — ABŞ aktrisası.
"Yırtıcı" kinoseriyasının beşinci filmi olan "Yırtıcı 5: Qənimət"də Naru obrazına həyat verib. Bu film eyni zamanda kinoseriyanın tarixində ilk prikvel sayılır. Aktrisanı "Legion", "Rouzvell, Nyu-Meksiko", "Lonqmayer", "Banşi" və "Rezervat küçükləri" seriallarında da görmək mümkündür.
Erkən illəri Hər iki valideyni sənət adamıdır. Anası Anjelika Tailand mənşəli olub, Çin köklərini daşıyır və həm kastinq rejissoru, həm də kaskadyor kimi fəaliyyət göstərir. Atası Devid isə aktyor olub, hindu nəslindəndir. Valideynləri bir-biriylə 1995-ci ildə "Şərq Qərbin qapısında" adlı yapon filminin çəkilişlərində tanış olublar.
Fort-Pek Assiniboyn və Siu qəbiləsinin vətəndaşıdır. Nyu-Meksikodakı Şiprok şəhərində, navaxo xalqının ərazisində doğulub. Uşaqlığının əsas hissəsi Santa Fedə keçib. Orada Texnologiya və Klassika Akademiyasında dərs alıb, anası isə eyni şəhərdə bir kastinq şirkətində işləyib. Sonralar həyatını yenidən doğulduğu yerlərdə qurmağa qərar verib.
Aktrisalığa həvəsi hələ uşaqlıqdan oyanıb. Sevdiyi serialların replikalarını əzbərləyib özü-özünə təkrarlayardı. Bununla belə, ilk iş təcrübəsi onu ruhlandırmayıb və bir müddət səhnədən uzaq durub. Gələcəyini fərqli sahələrdə axtarıb.'Prey' breakout Amber Midthunder talks axe throwing, outwitting the Predator and representation , USA Today Makiyaj üzrə stajçı kimi çalışıb, Braziliya ciu-citsusu ilə isə ciddi şəkildə məşğul olub, həm məşq edib, həm də başqalarına öyrədib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XXI əsr aktrisaları