Əbu Şueyb Saleh ibn Ziyad ibn Abdillah əs-Susi (; ) — on qiraət imamlarından Əbu Əmrin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "ي" hərfidir.

Bioqrafiyası Hicri 170-ci (789) ildə anadan olmuş və hicri 261-ci (874) ildə Rəqqədə vəfat etmişdir. İranın Şuş adlı yaşayış məntəqəsində doğulduğu üçün nisbəsi "Susi"dir. Digər nisbələri "Rüstubi" və "Rəqqi"dir.

Əbu Əmr ibn Əlanın qabaqcıl tələbəsi Yəhya ibn Mübarək əl-Yezididən Quran dərsləri alıb. Süfyan ibn Uyeynədən və başqa alimlərdən hədis dinləyib, Əhməd ibn Hənbəldən bəzi fətvalar və görüşlər nəql edib.

Nəsai ondan bəzi qiraət vəchləri rəvayət edib.

Həmçinin bax əd-Duri

İstinadlar