– manqaka Yoko Kamio tərəfindən yaradılmış və "Wit Studio" tərəfindən istehsal olunmuş ONA seriyası. Bütün seriyaları 15 yanvar 2026-cı ildə "Netflix" tərəfindən buraxılmışdır. Yoko Kamio animenin yaradıcısı olmaqla yanaşı, ssenaristi və personaj dizayneridir. Animenin rejissorları Kazuto Nakazava, Tetsuya Takahaşi və Saki Fucii, bəstəkarı Naoki Çibadır.

20 seriyadan ibarət olan anime serialında hadisələri böyük qismi 1900-cü illərin əvvəlində, Londonda baş verir. Əslən Yokohamadan olan gənc rəssamlıq tələbəsi Lili İçicoin Yaponiya dövlətinin dəstəyi ilə Londonda rəssamlıq təhsili almağa gəlir. Əsas hədəfi birinci olmaq olan Lili burada ondan da istedadlı olan digər tələbə Kit Çörç ilə tanış olur. Britaniya zadəganlığının bir nümayəndəsi olan Kit ilə Lili arasında romantik münasibətlər yaranır.

Animenin manqa adaptasiyası 2026-cı ilin yanvarında "Shueisha" nəşriyyatının "Shōnen Jump+" və "Manga Mee" manqa saytlarında serializasiya olunmağa başlamışdır.

Məzmun Hadisələr 1900-cü illərin əvvəlində, Birləşmiş Krallığın paytaxtı Londonda cərəyan edir. Lili İçicoin mübadilə proqramı sayəsində Londonda yerləşən Sent-Tomas İncəsənət Akademiyasında təhsil almaq hüququ qazanmış gənc qız tələbədir. Kimono biznesi ilə məşğul olan ailəsi ona ancaq bir şərtlə Londonda qalmasına razı olur: ilk altı ay ərzində akademiyada birinci yeri tutmalıdır, əks halda Yaponiyaya qayıtmalıdır. Lili akademiyada ondanda istedadlı olan bir tələbə olan Kit Çörç ilə tanış olur. Kit rəsm müsabiqələrində daim birinci yeri tutsa da, insanlara qarşı soyuq davranan bir zadəgandır və sadəcə rəsm barəsində düşünür. Onlar arasında yaranan rəqabət tezliklə romantik münasibətə çevrilir.

Personajlar

Yaponiyada dövlətinin dəstəyi ilə Londonda yerləşən Sent-Tomas İncəsənət Akademiyasında təhsil alan gənc tələbə. Əsas hədəfi birinci olmaqdır. Burada Kit Çörç ilə tanış olur və aralarında romantik münasibətlər başlayır.

Aristokrat bir ailəyə mənsub olan gənc incəsənət tələbəsi. Akademiyanın ən istedadlı gənci hesab olunur. Rəsm etməkdən başqa bir şey düşünmür. Lili ilə aralarında romantik münasibətlər yaranır.

Sent-Tomas İncəsənət Akademiyasının tələbəsi və Lilinin ən yaxın rəfiqəsi.

Lili kimi dövlətin dəstəyi ilə Londonda təhsil almağa gəlmiş gənc istedadlı heykəltaraş. Lili ilə yaxın dostdur və ona qarşı hisləri var.

İstehsal "Love Through a Prism" manqaka Yoko Kamionun ilk anime işidir. Anime üzərisində iş COVID-19 pandemiyasının ortasında – 2021-ci ildə başlamış və 5 il davam etmişdir. Belə ki, prodüser Tayki Sakuray manqaka Yoko Kaminoya "Twitter" üzərisindən özəl mesaj yazaraq birlikdə animasiya işi hazırlamağı təklif etmişdir. Kamio mesajı 1 ay sonra görmüş və mesajın dələduzluq cəhdi olduğunu düşünmüşdür. O, əvvəlcə bu təklifə həvəssiz və tərəddüdlə yanaşmış, lakin "Netflix" ofisində baş tutan 2 saatlıq görüş zamanı ilkin ideya ilə tanış olduqdan sonra təklifi qəbul etmişdir. Belə ki, Sakuray ona "1900-cü illərin əvvəlində təkbaşına xaricə səyahət edən və yeni insanlarla tanış olan qız" haqqında hekayə yazmasını və şoco manqası tərzində bir iş yaratmasını təklif etmişdir. Kamio həm ideyanı bəyəndiyi üçün, həm də şoconu öz sahəsi kimi gördüyü üçün təkliflə razılaşmışdır. Növbəti həftə hekayənin ilkin qaralama versiyasını təqdim etmiş və hər həftə ssenari üzərisində işləmişlər.

Əvvəlcə hadisələrin baş verdiyi ölkə kimi Fransa düşünülmüşdü, çünki Sakuray rəssamlığın Fransa ilə daha çox assosiasiya olunduğunu hesab etmişdir. Lakin Kamio bir ingilis zadəganı ilə romantik münasibətləri təsvir etmək istəmiş və hadisələrin İngiltərədə cərəyan etməsinin daha maraqlı olacağını demişdir. Sakuray təkliflə dərhal razılaşmış, Fransa respublika olduğu üçün zadəganla romantika mövzusunun İngiltərə ilə daha uyğun olacağını təsdiqləmişdir. Bundan əlavə, həmin dövrün Britaniyasında monarxın qadın olması qadınların daha aktiv oynadığı bir animenin mövzusu ilə uyğun idi. Kamio Ceyn Ostinin "Qürur və qərəz" romanını bəyəndiyini və o tərzdə bir romantik hekayə yaratmaq istəmişdir.

Personajların adlarına dərhal qərar verilmişdir. Kit üçün ad seçərkən əvvəlcə Kit ləqəbi seçilmiş, daha sonra bunun Kristofer adının qısaltması olmasına qərar verilmişdir. Kamio bir müsahibəsində demişdir ki, layihə üzərisində işləyərkən COVID-19 pandemiyası dövrü idi və insanlar üçün "qaranlıq dövr" idi. Bu səbəbdən o, insanları sevindirəcək qız personaj yaratmaq istəmiş və Lili personajını yaratmışdır. O, Lilinin təsvirinə xüsusi diqqət yetirmiş, eqoist olmayan, öz prinsipləri ilə hərəkət edən personaj yaratmaq istəmişdir. Kamio yan personajları daha realistik təsvir etmək üçün onları əsas personajlardan fərqləndirməyə çalışmışdır. Məsələn, Kit və Lilinin əsas hədəfi rəssamlıq olsa da, Dorotini əsas hədəfi ana olmaq olan personaj kimi yazmışdır.

Animeni hazırlayarkən dövrün adətlərinə və yeməklərinə diqqət yetirmişlər. Bunun üçün Britaniya tarixi üzrə ixtisaslaşmış universitet professoru ilə məsləhətləşmişlər. Məsələn, həmin dövrün xarici tələbələrinin harada qaldığını öyrənmək istəmişlər və professor onların pansionda qaldıqlarını demişdir. Kamio hekayədə Kitlə Lilinin ayrıldığı hissəni məcazi şəkildə "Lili üçün rənglərin itməsi" kimi işarələmiş və rejissor Kazuto Nakazava on bölümləri həqiqətən də ağ-qara göstərməyi təklif etmişdir. Kamio bu təklifi bəyənərək qəbul etmişdir. Kamionun ssenarini tamamlamasından sonra Saki Fucii onu hekayə lövhəsinə uyğun formada yenidən yazmışdır. Kamio animenin hekayə lövhələrini yoxlamaqla yanaşı, dublaj prosesində də aktiv iştirak etmiş, bütün seriyaların səsləndirmə sessiyalarına qatılmışdır.

Media Manqa Maki Minami tərəfindən illüstrasiya olunan manqa adaptasiyası 8 yanvar 2026-cı ildə "Shueisha" nəşriyyatının "Shōnen Jump+" və "Manga Mee" manqa saytlarında serializasiya olunmağa başlamışdır. Manqanın fəsilləri "Shueisha" nəşriyyatının "Manga Plus" tətbiqində ingilis dilində yayımlanır.

Anime Anime manqaka Yoko Kamio tərəfindən yaradılmış və "Wit Studio" tərəfindən istehsal olunmuşdur. Anime 27 noyabr 2025-ci ildə anons edilmişdir. Animenin rejissorları Kazuto Nakazava, Tetsuya Takahaşi və Saki Fucii, ssenaristləri Kamio və Fucii, bəstəkarı Naoki "naotyu" Çibadır. Kamio animenin personaj dizayneridir və onun dizaynları Yasuko Takahaşi tərəfindən animasiyaya uyğunlaşdırılmışdır. 20 seriyadan ibarət olan anime 15 yanvar 2026-cı ildə "Netflix" tərəfindən buraxılmışdır. Animenin əsas mahnısı "Chilli Beans." qrupu tərəfindən ifa olunan "Star Flower" mahnısıdır.

Roman 2026-cı ilin oktyabrında iki cildlik roman adaptasiyası anons edilmişdir. "The Day London's Sky Was Blue" adlı ilk cild və "Destiny is Beyond the Canvas" adlı ikinci cild 4 dekabr 2026-cı ildə buraxılacaq.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş animelər Kateqoriya:İncəsənət haqqında anime və manqalar Kateqoriya:Tarixi anime və manqalar Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Netflix orijinal animeləri Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Şoco manqaları Kateqoriya:Shueisha manqaları Kateqoriya:Wit Studio Kateqoriya:Şonen manqaları Kateqoriya:2026-cı ilin manqaları Kateqoriya:2026-cı ilin anime ONA-ları Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar