Karl Fridrix (; ) — son Baden markqrafı, ilk Böyük Baden hersoqu.

1728-ci ildə Karlsruedə dünyaya gəldi. O əsnada babası III Karl Vilyam Baden-Durlax markqrafı idi. Atasının 1732-ci ildə ölümünün ardından babasının yeganə varisi oldu və onun ölümüylə 1738-ci ildə Baden-Durlax markqrafı elan edildi. Son Baden-Baden markqrafı Avqust Georqun varissiz ölümüylə Baden-Baden markqraflığını miras aldı və beləcə, Baden taxt-tacı yenidən birləşdi. 1803-cü ildə kürfürst ünvanı aldı. 1806-cı ildə Müqəddəs Roma imperiyasının parçalanmasından sonra böyük hersoqluq statusuna yüksəldi.

1767-ci ildə işgəncəni, 1783-cü ildə isə köləliyi qadağan etdi. 1747-ci ildə Böyük Britaniya Kral cəmiyyətinə üzv seçildi.

28 yanvar 1751-ci ildə Hessen-Darmştadt landqrafı VIII Lüdovikin qızı Karolina Luiza ilə evləndi. Cütlüyün 5 övladı doğulsa da, onlardan ikisi yetkinlik yaşına çatmadı. Xanımının 1783-cü ildə vəfatıyla dul qaldı.

Karl Lüdovik (1755-1801) Fridrix (1756-1817) Lüdovik (1763-1830) Ölü doğulan oğlan uşağı (1764) Luiza Avqusta (1767), doğumdan 3 gün sonra vəfat etdi.

24 noyabr 1787-ci ildə Qeyersberq baronası Luiza Karolina ilə evləndi. Bu monarxial bir evlilik deyildi. Bu səbəblə xanımı, markqrafinya/hersoginya ünvanlarını daşımadı və doğulan övladları taxt mirasından məhrum edildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

I Leopold (1790-1852) Vilhelm (1792-1859) Fridrix Aleksandr (1793), doğumdan 8 gün sonra vəfat etdi. Amaliya (1795-1869) Maksimilyan (1796-1882)

Ancaq onun ilk evliliyindən davam edən kişi şəcərəsinin tükənməsi səbəbilə, 4 oktyabr 1817-ci ildə verilən qərarla, ikinci evliliyindən doğulan övladlarına Baden şahzadəsi ünvanı verildi və monarx ailəsinə qəbul edildilər.

Mənbə

Ədəbiyyat

Frei, Alfred; Kurt Hochstuhl; G. Braun (1996). Wegbereiter der Demokratie (in German). G. Braun Buchverlag. ISBN 3-7650-8168-X

İstinadlar

Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XVIII əsr siyasətçiləri Kateqoriya:Müqəddəs Roma imperiyasının kürfürstləri Kateqoriya:Almanlar