Milli Bonni Boncovi (əvvəlki və hamıya məlum olan adı ilə: Milli Bobbi Braun; ) — Birləşmiş Krallıq aktrisası və kinoprodüseri. "Netflix" platformasında yayımlanan "Qəribə şeylər" (2016–2025) serialında On bir () obrazını yaratması ilə məşhurlaşıb. Bu işinə görə iki dəfə "Praymtaym Emmi" mükafatına namizəd olub. 2018-ci ildə "Time" jurnalı onu dünyanın ən nüfuzlu şəxsləri siyahısına salıb. Həmin ildə "UNICEF"in xoşməramlı səfiri seçilib və bu statusu qazanan ən gənc şəxs olub.

M. B. Braun "Qodzilla: Bədheybətlər kralı" (2019) və onun ardınca gələn "Qodzilla Konqa qarşı" (2021) filmlərində əsas rola imza atıb. Aktrisanın "Netflix" platformasında nümayiş olunan "Enola Holms" (2020), "Enola Holms 2" (2022), "Xanım qız" (2024) və "Elektron hal" (2025) layihələrində isə həm kamera qarşısında dayandığı, həm də prodüserlik etdiyi məlumdur.

Erkən illəri Doğum adı Milli Bonni Braun olan aktrisa 2004-cü il fevralın 19-da İspaniyanın Marbelya şəhərində anadan olub. Britaniyalı ana-atası Kelli və Robert Braunun dörd övladından üçüncüsüdür. Atası əmlak agenti kimi çalışır. Orta adı "Bonni" olsa da, ekranlara çıxmağa başlayanda bunu "Bobbi" ilə əvəzləyib. Sol qulağında qismən eşitmə qabiliyyəti olmadan dünyaya gəlib və zamanla o qulağı eşitməsini tamamilə itirib. Dörd yaşında olarkən ailəsi ilə İngiltərənin Bornmut şəhərinə köçüblər. Səkkiz yaşı olanda isə Florida ştatının Orlando şəhəri onların yeni evi olub. Özü deyir ki, "pulsuz-parasız" böyüyüb və bu çətin günlər onun pula münasibətini formalaşdırıb. "Qəribə şeylər" serialı ilə böyük şöhrət qazansa belə, yetkinlik illərində bu təsir hələ də davam edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Birləşmiş Krallıq modelləri Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri