Qunnar Nordström (; ) — ümumi nisbilik nəzəriyyəsinin ilk rəqiblərindən biri olan qravitasiya nəzəriyyəsi ilə tanınan finlandiyalı nəzəri fizikdir. Eynşteynlə bənzər metodlardan istifadə edərək bənzər sahələrdə apardığı innovativ tədqiqatlara görə müasir müəlliflər tərəfindən tez-tez "Finlandiyanın Eynşteyni" adlandırılır.Raimo Keskinen (1981): Gunnar Nordström 1881B1923. Arkhimedes 2/1981, s. 71B84. In Finnish, excerpt http://www.tieteessatapahtuu.fi/797/KESKINEN.pdf
Təhsili və karyerası
Nordström 1899-cu ildə Helsinki mərkəzindəki Broberq məktəbindən məzun olmuşdur. Əvvəlcə maşınqayırma üzrə təhsil almış, 1903-cü ildə Helsinki Politexnik İnstitutunu (hazırda Aalto Universitetinin bir hissəsidir) bitirmişdir. Təhsili zamanı nəzəri fənlərə marağı artmış və məzun olduqdan sonra Helsinki Universitetində təbiət elmləri, riyaziyyat və iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır (1903–1907).
Daha sonra Nordström fiziki kimya sahəsini öyrənmək üçün Almaniyanın Göttingen şəhərinə köçmüşdür. Lakin tezliklə bu sahəyə marağını itirərək, o dövrdə Göttingen Universitetinin məşhur olduğu elektrodinamika sahəsinə keçmişdir. 1910-cu ildə Helsinki Universitetində doktorluq dissertasiyasını müdafiə etmək üçün Finlandiyaya qayıtmış və burada dosent vəzifəsini almışdır. Bundan sonra o, yeni yaranmaqda olan qravitasiya sahəsinə böyük maraq göstərmiş və Hendrik Lorens, Paul Ehrenfest, Villem de Sitter kimi məşhur alimlərin fəaliyyət göstərdiyi Niderlanda köçmək istəmişdir. Birinci Dünya müharibəsinin qızğın çağında, 1916-cı ildə Rusiya pasportuna sahib olduğu üçün Leydenə köçərək Erenfestin rəhbərliyi altında çalışmağa müvəffəq olmuşdur. Leydendə xeyli vaxt keçirən Nordström burada hollandiyalı fizika tələbəsi Korneliya van Leven ilə tanış olmuş və onunla evlənmişdir. (I have chosen to use this source when conflicting information was available in less official sources, mainly regarding graduation years) Müharibədən sonra Berlin Universitetindən gələn professorluq təklifindən (həmin vəzifəyə daha sonra Maks Born gətirilmişdir) imtina edərək 1918-ci ildə Finlandiyaya qayıtmışdır. O, Helsinki Texnologiya Universitetində əvvəlcə fizika, daha sonra isə mexanika professoru vəzifəsini tutmuşdur. 1922-ci ildə Finlandiya Elm və Ədəbiyyat Cəmiyyətinin üzvü seçilmişdir.
Nordströmun bir alim kimi uğurunun əsas açarlarından biri diferensial həndəsəni fizikaya tətbiq etmək bacarığı idi. Bu, sonradan Albert Eynşteyni də ümumi nisbilik nəzəriyyəsinə aparan yeni bir yanaşma idi. O dövrdə dünyada Ernst Lindelöf istisna olmaqla, çox az sayda alim bu yeni analitik alətdən effektiv şəkildə istifadə edə bilirdi.Totuuden nimessä: Kaksitoista merkittävää Suomen Tiedeseuran jäsentä (In the name of truth: twelve important members of the Finnish Society of Sciences and Letters), pages 173–176
İstinadlar
Xarici keçidlər
Kateqoriya:12 martda doğulanlar Kateqoriya:1881-ci ildə doğulanlar Kateqoriya:Helsinkidə doğulanlar Kateqoriya:24 dekabrda vəfat edənlər Kateqoriya:1923-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Helsinki Texnologiya Universitetinin məzunları