Selda Akgöz (, ) — Türkiyəli qadın futbolçu. " Ankara BB Fomge" komandasında qapıçı mövqeyində çıxış edir.
O, Türkiyənin qadınlardan ibarət milli futbol komandasının üzvüdür.
Həyatı Selda Akgöz 9 iyun 1993-cü ildə Zonquldak vilayətinin Çaycuma qəsəbəsində anadan olub. Məktəb illərində həndbol oynamağa başlamış, sonra isə voleybola keçmişdir. Sonra müəlliminin təklifi ilə futbola keçmişdir. Futbolu çox sevən Selda, özünü futbolda tapmışdır. Sıçrayışla topu dəf etmək (diving save) texnikasını sevdiyi üçün, qapıçı olmaq qərarına gəlmişdir.
Klub karyerası Selda Akgöz futbolçu karyerasına 2009-cu ildə Karabükdə Regional Liqa komandası olan "Ovacık Gençlik Spor" klubunda başlayıb. O futbolçu kimi ilk dəfə lisenziyasını 5 mart 2009-cu ildə alıb. Orta məktəbi bitirdikdən və iki mövsümdə 26 oyun keçirdikdən sonra, Qadınlar Birinci Liqasında oynamaq və universitet təhsilinə bədən tərbiyəsi və idman üzrə başlamaq üçün Ankaradakı "Fomget Gənclik ve Spor" klubuna keçib. O, komandanın kapitanı olur və üç mövsümdə 37 oyunda meydana çıxır.
2014–15 mövsümündə "Trabzon İdmanocağı" klubuna transfer edilir.
2017-ci ilin avqust ayında o, Türkiyə liqasının çempionu olan, "Konak Bələdiyyəspor" komandasına keçmiş və 2017–18 mövsümündə UEFA Çempionlar Liqasında ehtiyat qapıçı kimi iştirak etmişdir. Həmin ilin oktyabr ayında o, 2017–18 mövsümündə Konak Belediyespordan ayrılaraq "Kdz. Ereğlispor" komandasına qoşulur.
1 iyun 2018-ci ildə Akgöz, İstanbulun "Ataşəhər Belediyespor" klubu ilə müqavilə imzalayır. Bu klubun 2018–19 UEFA Qadınlararası Çempionlar Liqasının seçmə mərhələsində iştirak etməzdən əvvəl etdiyi transfer olur və o, seçmə mərhələnin üç oyunundan ikisində oynayır.
2020-ci ilin avqust ayında o, 2019–20 Qadınlar Liqası mövsümünün çempionu olan, Qaziantepin "ALG Spor" klubuna keçmişdir. 2021–22 mövsümündə "ALG Spor" klubunun heyətində Qadınlar Super Liqasının çempionu olmuşdur.
Akgöz 2022-ci ilin oktyabr ayında keçmiş klubu "Ankara BB Fomget" klubuna transfer olmuşdur. O Ankara klubu ilə, 2022–23 mövsümündə çempion titulunu qazanmışdır. 2023–24 mövsümdə Ankara klubu ilə çempionatda ikinci yeri tutmuşdur. 2024–25 mövsümündə komandası yenidən ölkə çempionu titulunu qazanmışdır.
Milli komanda karyerası Selda Akgöz 2010-cu il Avropa Çempionatının seçmə mərhələsində iştirak üçün Türkiyənin 17 yaşadək qızlardan ibarət komandasına çağrılmışdır. Ancaq Avropa Çempionatının seçmə mərhələsinin 4-cü qrupunda baş tutan oyunların heç birində iştirak etməmişdir. O, milli komandanın heyətində ilk dəfə Beynəlxalq Yoldaşlıq Turnirində 27 iyun 2010-cu ildə Bolqarıstana qarşı oyunda meydana çıxıb. O, 17 yaşadək milli komandanın heyətində 3 dəfə meydana çıxıb.
O, 2011-ci il UEFA Qadınlar U-19 Çempionatının birinci seçmə mərhələsinin 9-cu qrupunun oyunları üçün Türkiyənin 19 yaşadək qadınlardan ibarət komandasına çağırılıb. Ancaq orada yalnız ehtiyat oyunçu kimi iştirak edib. O, debütünü 10 martda Çinə qarşı keçirilən 2011-ci il Kuban Yaz Turniri matçında edib. Akgöz 2012-ci il UEFA Qadınlar U-19 Çempionatının A qrupu matçlarında iştirak edib. O, Türkiyənin 19 yaşadək qızlardan ibarət milli komandasında ümumilikdə 14 oyun keçirib.
26 noyabr 2014-cü ildə Selda Akgöz Belçikaya qarşı yoldaşlıq oyununda Türkiyənin 21 yaşadək qadınlardan ibarət komandasının qapıçısı kimi oynamışdır. Bu onun Türkiyənin 21 yaşadək qadınlardan ibarət komandasında yeganə oyunu olmuşdur.
Selda Akgöz Türkiyə qadın komandasında debütünü 26 fevral 2015-ci ildə Gürcüstana qarşı yoldaşlıq oyununda etmişdir.
Uğurları
Klub
Türkiyə Qadınlar Birinci Liqası "Trabzon İdmanocağı" Üçüncü yer (2): 2014–15, 2015–16
"ALG" Çempion (1): 2021–22 Üçüncü yer (1): 2020–21
Türkiyə Qadınlar Super Liqası "Ankara BB Fomget" Çempion (2): 2022–23, 2024–25 İkinci yer (1): 2023–24
Fərdi Kristal Ayaq – Ən Yaxşı Qapıçı: 2023–24.
İstinadlar
Kateqoriya:Qadın futbol qapıçıları