Bodhran — İrlandiyamənşəli zərb musiqi aləti. O, buben ailəsinə daxildir. XX əsrdən ənənəvi İrlandiya musiqisində istifadə edilən buben növü. Alətin mənşəyi ilə bağlı bir neçə nəzəriyyə mövcuddur: Afrikada yaranmış və İspaniya vasitəsilə İrlandiyaya gəlmişdir; Alət Orta Asiyada yaranmış və Kelt miqrantları tərəfindən İrlandiyaya gətirilmişdir; Bodhran İrlandiyada kənd təsərrüfatı alətindən (taxıl ələyi) inkişaf etmişdir.

Diametri 35–45 sm-dir. Halqanın eni 9–20 sm-dir. Bodhranın dərisi keçi dərisi ilə örtülür (bəzən at və ya tay, eşşək, maral və ya tazı dərisi). Bodhranın arxa tərəfində çarpaz çubuq və ya xaç parçası ola bilər.

Bodhrana xüsusi tək və ya iki başlı çəkiclə, bəzən isə əl ilə vurulur. Müəyyən bir səs rəngi əldə etmək üçün xüsusi nağara çubuqlarından istifadə olunur. Musiqiçi membranı bodhranın arxa tərəfində digər əli ilə susdurmaqla istehsal olunan səslərin tembrini və tonunu daha da tənzimləyə bilər.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Zərb musiqi alətləri