Yunan və Danimarkalı Mariya (; ) — Yunanıstan kralı I Georqun qızı, böyük knyaginya.
Həyatı 1876-cı ildə Afinada dünyaya gəldi. Atası Yunanıstan kralı I Georq, anası isə Çar I Nikolayın nəvəsi Olqa Konstantinovnadır. 12 may 1900-cü ildə Korfuda ailəsinin təzyiqiylə çar ailəsinə mənsub Böyük knyaz Qeorqi Mixailoviçlə evləndirildi. Sankt-Peterburqda yaşayan cütlüyün bu nigahdan 2 qız övladı doğuldu.
Nina Qeorqiyevna (1901-1974) Kseniya Qeorqiyevna (1903-1965)
Ancaq evliliyi xoşbəxt deyildi. Özünü sürgündə hiss edən Mariya vətən həsrəti çəkməkdə idi. Üstəlik əriylə münasibətləri də soyuq idi. Hər fürsətdə ölkə xaricinə çıxan Mariya Birinci Dünya müharibəsi başladığı əsnada Britaniyada tətildə idi və müharibəni bəhanə edərək Rusiyaya qayıtmaqdan imtina etdi.
1917 Oktyabr inqilabından sonra Rusiyada qalan əri knyaz Qeorqi 1919-cu ilin yanvarında bir çox Romanov kimi bolşeviklər tərəfindən güllələndi. Ərinin ölümündən sonra maliyyə problemləri yaşadı. 1920-ci ildə qızlarıyla birlikdə Yunanıstana qayıtdı. Geri dönüş yolunda mindiyi gəminin kapitanı admiral Periklla münasibətə başladı və 1922-ci ildə onunla evləndi. Ancaq 1924-cü ildə muxtariyyətin ləğviylə sürgünə göndərildi. Bir müddət Britaniyada yaşayan Mariya 1926-cı ildə Romaya köçdü. 1940-cı ildə başlayan Yunan-İtaliyan müharibəsi ilə vətənə qayıtdı.
Səhhəti olduqca pis idi və qardaşı oğlu kral Pavellə xanımı Frederikanın himayəsində baxıldı. Monarx ailəsinin Yunanıstandan sürgün edilməsinə az bir müddət qalmış vəfat etdi. Ölümünün ardından yazdığı xatiratlar nəvələri tərəfindən toplandı və Romanov gündəliyi adıyla nəşr edildi.
Qalereya
Mənbə
Ədəbiyyat
Chavchavadze, David. The Artistic Legacy of Two Grand Mothers. Published in Royalty Magazine. 2005. Marie Georgievna, Grand Duchess of Russia. A Romanov Diary: The Autobiography of the Grand Duchess Marie Georgievna of Russia. Gilbert's Books, 2012. Mateos Sainz de Medrano, Ricardo. La Familia de la Reina Sofia: La Dinastia Griega, La casa de Hanover y Los Reales primos de Europa.La Esfera de los libros, 2006. . Palmer, Alan & Michael, Prince of Greece. The Royal House of Greece. Weidenfeld Nicolson Illustrated, 1990 (). Stoeckl, Agness Baroness de. Not All Vanity. Published by John Murray, 1950. ASIN: B001PN8UYE. Vickers, Hugo. Alice: Princess Andrew of Greece. Londres, Hamish Hamilton, 2000 . Van der Kiste, John. Kings of the Hellenes: The Greek Kings, 1863–1974. Sutton Publishing, 1994. . Zeepvat, Charlotte. The Camera and the Tsars. Sutton Publishing, 2004. . Zeepvat, Charlotte. A True Daughter of Greece: Princess Maria of Greece and Denmark. Part I: A Marriage of Inconvenience. Royalty Digest Quarterly. 2014 N 2. Zeepvat, Charlotte. A True Daughter of Greece: Princess Maria of Greece and Denmark. Part II: From Harax to Harrogate and beyond. Royalty Digest Quarterly. 2014 N 3.
İstinadlar Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Yunanıstanın qadın şahzadələri