Rihlətü İbn Bəttutə () — İbn Bəttutənin səyahətnaməsi.
Əsər Səyahətnamə müəllif tərəfindən "Tühfətün-nüzzar fi qəraibil-əmsar və əcaibil-əsfar" () olaraq adlandırılsa da, əsər "Rihlətü İbn Bəttutə" adı ilə tanınır.
Əsər İbn Bəttutənin qısa fasilələrlə 28 il davam etmiş səyahətlərini katib İbn Cüzey əl-Kəlbiyə imla etdirməsi yolu ilə ərsəyə gəlmişdir. İbn Cüzey əl-Kəlbi isə İbn Bəttutənin dediklərini bəzən ixtisar, bəzəndə əlavələr edərək qeyd etmişdir. Lakin o, İbn Bəttutənin dediklərinə çox müdaxilə etmədiyini demişdir: Əsərin müqəddiməsi də İbn Cüzey əl-Kəlbi tərəfindən yazılmışdır. "Ər-Rihlə"ni nəşr etdirmiş Əbdülhədi ət-Təzi əsəri nəşrə hazırlayarkən 30 nüsxəyə baxdığını və bəzi nüsxələrdəki müqəddimələrin "İbn Cüzey dedi ki" şəklində başladığını demişdir. Kitabın sonunda verilmiş iki ayrı tarixdən görünür ki, İbn Bəttutənin xatirələrini yazıya keçirməsi 3 Zil-hiccə 756 tarixində (9 dekabr 1355) sona çatmış, İbn Cüzey isə mətn üzərindəki işlərini 757-ci ilin Səfər ayında (fevral 1356) tamamlamışdır.
"Ər-Rihlə"nin dili sadə olub, əsərdə Şimali Afrika, Misir (Tənca, Mərakeş sahilləri, İskəndəriyyə, Qahirə və s.), Şərqi Aralıq dənizi, Şam (Dəməşq, Qüds, Əclun, Əkka, Təbəriyə, Antakiya və s.), Hicaz, İraq (Məkkə, Bağdad, Nəcəf, Bəsrə və s.), İran, Orta Asiya (İsfahan, Şiraz, Herat, Xarəzm, Buxara, Səmərqənd), Anadolu, Bizans (Kostantinopol, Alanya, Konya, Bursa, İznik və s.), Hindistan, Cənub Asiya (Delhi Sultanlığı, Maldiv adaları və s.), Cənub‑Şərqi Asiya, Çin (Yava, Sumatra, Quançjou və s.), Afrika sahilləri (Somalilend bölgəsi, Mombasa, Kilva kimi Şərqi Afrika limanları və s.) İber yarımadası, Qərbi Aralıq dənizi (Əndəlüs, Qranada, Malaqa) və başqa coğrafyalar haqqında məlumat məlumatlar vardır. Əsərdə həmçinin İbn Bəttutənin qarşılaşdığı tanınmış şəxslər (hökmdarlar, dövlət rəsmiləri (Məmlük sultanları, Elxani və Qızıl Orda hakimləri) kimi dövri güc sahibləri, şeyxlər, sufilər, alimlər, ticarət adamları və başqa mühüm şəxslər) haqqında da məlumatlar verilir.
"Ər-Rihlə" üzərində müxtəlif tədqiqatlar aparılmış, əsər, ispancaya, türkcəyə, fransızcaya, ingiliscəyə, farscaya və urducaya tərcümə edilərək nəşr edilmişdir (Lahor: 1898, Paris: 1951, Tehran: 1958, Ankara: 1993, London: 1986, Madrid: 1987 və s.).
Həmçinin bax Sünni kitablarının siyahısı Rihlə İbn Fədlan
İstinadlar Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam Kateqoriya:Hinduizm və islam