Əkamül-mərcan fi əhkamil-can () — Bədrəddin Şiblinin cinlərlə bağlı qələmə aldığı əsər.

Əsər "Əkamül-mərcan fi əhkamil-can" özündə cinlər haqqındakı hökm və xəbərləri (tarixi, növləri, formaları, yaşadıqları yerlər, qidaları, evlənmələri və s.) ehtiva edir. Əsər bir müqəddimə, yüz qırx bölmə və bir xətimədən ibarətdir. Əsər müxtəlif tarix (1982, 1983, 1988 və s.) və yerlərdə (Qahirə, ər-Riyad, Beyrut və s.) nəşr edilmişdir.

Cəlaləddin Süyuti əsəri "Ləqtül-mərcan fi əhkamil-can" adı altında, Nurəddin əl-Hələbi isə "İqdül-mərcan fimə yətaəllaq" adı altında ixtisar etmişdir. Nurəddin əl-Hələbinin ixtisarı Məhəmməd Fərşad tərəfindən türk dilinə tərcümə olunmuşdur (İstanbul: 1975).

Həmçinin bax Sünni kitablarının siyahısı

Xarici keçidlər Cinlerin Esrarı

İstinadlar