Ziyad Rəhbani (; ) — Livanlı musiqiçi, bəstəkar, yazıçı və siyası şərhçi idi. O, ərəb dünyasının ən məşhur müğənnilərindən olan Feyruzun və müasir ərəb musiqisinin yaradıcılarından olan Asi Rəhbaninin övladı idi. Onun əksər myüziklları Livanda vətəndaş müharibəsi dövründə və müharibədən sonra ölkədə cərəyan edən siyasi gedişatlara tənqid olaraq yazılmışdı və adətən Livandakı oturuşmuş siyasi quruluşun əleyhinə idi. O müasir Livan tarixindəki ən nüfuzlu şəxsiyyətlərdən biri sayılaraq zəkası, yaradıcılığı, siyasi və cəmiyyət normalarına boyun əyməməsi ilə xatırlanır.

İstinadlar

Kateqoriya:Livan musiqiçiləri Kateqoriya:Livan kommunistləri Kateqoriya:Siyasi incəsənət xadimləri Kateqoriya:XXI əsrin kişi pianoçuları Kateqoriya:Cazmenlər Kateqoriya:Livan müğənniləri Kateqoriya:Qaraciyər sirrozundan ölənlər