Mənsur ibn Yunus ibn Səlahəddin əl-Buhuti (; ) — Hənbəli fəqihi.
Həyatı Hicri 1000-ci (1591) ildə Şimali Misirin (və ya Qərbi Misir) Buhut kəndində anadan olub. Buna görə də nisbəsi "Buhuti"dir (Bəhuti). Buhuti Yəhya ibn Musa əl-Həccavi, Əbdürrəhman ibn Yusif əl-Buhuti, Abdullah əd-Dənəvşəri, Əbdülqədir əd-Dənəvşəri, Əhməd əl-Varisi, Yusif əl-Buhuti və Məhəmməd əl-Mərdavi kimi dövrünün qabaqcıl alımlərindən təhsil almış, Əl-Əhzərdə müəllimlik etmişdir. Onun yanına Hicaz, Nəcd, Suriya və Qüds başda olmaqla İslam dünyasının müxtəlif yerlərindən Hənbəli fiqhini öyrənmək üçün tələbələr gəlmişdir. İbrahim ibn Əbu Bəkr əs-Salehi, Əbdülbəqi əd-Dəməşqi, Yusif əl-Kərmi, Yasin əl-Ləbidi, Məhəmməd əl-Xəlvəti, Məhəmməd əl-Buhuti və Məhəmməd ibn Əbüs-Sürur əl-Buhuti onun ən qabaqcıl tələbələridir. Buhuti 10 Rəbiül-axir hicri 1051-ci (19 iyul 1641) ildə Qahirədə vəfat etmişdir.
Əsərləri Mənsur əl-Buhuti "Kəşşafül-qinə ən (mətn)il-İqnə", "Dəqaiqu ulin-nuhə li-Şərhil-Müntəha", "ər-Rəvzül-mürbi", "Minəhuş-şifəş-şəfiyat fi şərhil-Müfrədat", "Ümdətüt-talib" adlı əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Misir yazıçıları Kateqoriya:Hənbəlilər