Doğan Canku () — türk musiqiçisi.

Həyatı O, 1947-ci ildə Dovşanlıda anadan olub. Hələ danışmağı belə bacarmadığı 2 yaş yarımlığında "Ey Dün Dan" adlı ilk bəstəsini yazıb. İlk musiqi təhsilini musiqişünas atası Şərəf Cankudan alıb.

1958-ci ildə Ankara Dövlət Konservatoriyasına qəbul olub və orada 6 il violonçel və fortepiano təhsili alıb. 1964-cü ildə Canku klassik gitara ilə tanış olub və alətə böyük həvəs göstərib. Qısa zamanda çalmağı öyrənən Canku ölkənin ən yaxşı gitara virtuozlarından birinə çevrilib. 1967-ci ildə Ankara Radiosunda imtahan verib və klassik türk musiqisi nəzəriyyəsi və təcrübəsi üzrə təhsil alıb. 1969-cu ildə Selami Karaibrahimgil və Ahmet Kurtaran ilə birlikdə Modern Folk Üçlüsü triosunu qurub.

O, türk xalq musiqisini müasirləşdirilmiş şəkildə ifa etmiş və 15 il ərzində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüzlərlə konsert, televiziya və radio proqramı vermişdir. 1974-cü ildə Hacettepe Universitetinin Musiqi və İncəsənət kafedrasında musiqi direktoru və tədqiqat köməkçisi vəzifəsində çalışmışdır.

1993-cü ildə öz adını daşıyan bir musiqi məktəbi açmışdır.

Diskoqrafiyası

Modern Folk Üçlüsü ilə buraxdığı albomlar "Modern Folk Üçlüsü" "40 Yıl Sonra" "Takalar" "Çocuklarımız İçin" "Pop" "Bizim Tepe" ― Canlı konsert səsyazması "Bir Doğru Nota Öyküsü" "Yapı Kredi Yayınları — Çocuk Şarkıları" "İş Bank. Kül. Yay." "40 Yılın Öyküsü"

Solo Albomları "Doğan Canku" ― 1981 "Köçekçeler" ― 1987 "Sonsuza Dek & Ayrılık" ― 1990 "Doğa-n'ın Uyanışı" ― 2000 "Doğan Canku İle 50 Yıl" ― 2016

Sinqllar "Doğan'ın Farrucası ― 2024

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə musiqiçiləri