Cövhərətüt-tövhid () — əqaidə (əqidə) aid ədəbi əsər. Əsərin müəllifi Maliki-Əşari alimi İbrahim ibn İbrahim əl-Ləqanidir.

Əsər Əsərin müəllifin şeyxi Əbül-Abbas Şəhabəddin Əhməd ibn Osman əş-Şərbubinin işarəsi ilə bir gecədə yazdığı nəql edilmişdir. Əsər 144 beytdən ibarətdir. Vəciz bir üslubda qələmə alınmış mənzumənin məzmunu ilahiyyat, nübüvvət (peyğəmbərlik) və səmiyyat (axirətlə bağlı mözvuların ümumi adı) mövzularının yer aldığı üç bölmə halında tədqiq etmək mümkündür. Əsərdəki mövzulara Əşarilik məktəbi çərçivəsində toxunulmuşdur.

Əsərə müəllif tərəfindən kiçik, orta və irihəcmli olmaqla üç şərh yazılmışdır:

Umdətül-mürid li-Cövhərətit-tövhid. Büyük ölçülü iki cilddən ibarət olan bu şərhin birinci cildi 264, ikinci cildi isə 319 vərəqdir (Hacı Səlim Ağa kitabxanası, № 623–624). Təlxisüt-təcrid li-Umdətil-mürid. Qazızadəyə ithaf edildiyi söylənən bu əsər "Umdətül-mürid"in müxtəsəridir. Hidayətül-mürid li-Cövhərətit-tövhid. Müəllif bu şərhi kəlam elmini təzə öyrənməyə başlayanlar üçün yazmışdır.

"Cövhərətüt-tövhid" ilk dəfə 1826-cı ildə Bulaqda, daha sonra da müxtəlif məcmuələrin tərkibində nəşr edilmişdir. Bundan başqa əsər C. D. Lusiani tərəfindən fransızcaya tərcümə edilərək və bəzi qeydlər əlavə olunaraq nəşr edilmişdir (Əlcəzair: 1907).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:Monoteizm