Əl-Əqidə əl-Mürşidə () — İbn Tümərtin tövhid risaləsi.

Əsər

Əl-Mürşidə Bu risalə "Kitabü Əəzzi mə yutləb"in içində "ət-Tənzihan vət-təsbihan" adı ilə yer alan tövhid risaləsidir. Risaləni İbn Tümərt yanındakılara bərbər dilində oxumuşdur. Əsərə İbn Əbbad ət-Tilimsani "əd-Dürrətül-muşidə fi şərhil-Mürşidə" adlı şərh yazmışdır. Risalə İbn Teymiyyə tərəfindən tənqid edilmişdir. "əl-Mürşidə" İqnas Qoldziher tərəfindən fransız dilinə tərcüməsi ilə birlikdə nəşr edilmişdir.

Əl-Əqidə Eyni əsərdə yerləşən bu risalə bərbər dilinə və Anri Masse tərəfindən fransız dilinə tərcümə olunaraq nəşr olunmuşdur (Paris: 1928). Əsərin bir digər nəşri də Qahirədə həyata keçirilmışdir (hicri 1328).

Əl-Əqidə əl-Mürşidə Risaləni "əl-Əqidət əl-Mürşidə" adlandıran Səlahəddin əl-Əlai olmuşdur. "əl-Əqidə əl-Mürşidə" tövhid elmi və dinin əsasları barədə iki səhifəni keçməyən qısa bir risalədir. Bu risalədə Əhli-Sünnənin əqidəsi qısa, əhatəli şəkildə bəyan edilmiş, əşərilər və maturidilərin etiqadı aydın şəkildə izah olunmuşdur.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar