Alberto Françesko Alesina (; ) — 2003-cü ildən 2020-ci ildə vəfat edənə qədər Harvard Universitetində Nathaniel Ropes adına Siyasi İqtisadiyyat professoru olmuş italyan iqtisadçısı. O, əsasən siyasət və mədəniyyət iqtisadçısı kimi tanınırdı və sosial və siyasi məsələləri öyrənmək üçün iqtisadi vasitələrdən istifadə etməsi ilə məşhur idi. O, müasir siyasi iqtisadiyyat sahəsini "demək olar ki, təkbaşına" qurmuş və İqtisadiyyat üzrə "Nobel" mükafatına ehtimal olunan namizəd kimi təsvir edilmişdir.
Həyatı
Alberto Alesina 1957-ci ildə Bronidə anadan olub. Atası mühəndis və sənaye meneceri, anası isə müəllim idi. O, Milanda klassik liseydə oxuyub, sonra isə iqtisadiyyat və sosial elmlər üzrə təhsil almaq üçün Bokkoni Universitetinə daxil olub və 1981-ci ildə laureat dərəcəsi alıb. Daha sonra Harvard Universitetində aspirantura təhsili alıb və 1986-cı ildə iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb. Onun Harvarddakı doktorantura üzrə məsləhətçisi Ceffri Saks idi.
İstinadlar
Xarici keçidlər Harvard Faculty page. Alberto Alesina at CSA Celebrity Speakers Stock Exchange Of Visions: Visions of Alberto Alesina (Video Interviews) Web site of Voxeu.org Web site of LaVoce.info Alberto Alesina talks about his new book, "The Future of Europe" with Jenny Attiyeh on the interview program ThoughtCast!
Kateqoriya:29 apreldə doğulanlar Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:23 mayda vəfat edənlər Kateqoriya:2020-ci ildə vəfat edənlər Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:İtaliya iqtisadçıları Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Karnegi Mellon Universitetinin müəllimləri Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:İqtisad üzrə fəlsəfə doktorları Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər