Abbasilər Samarrası () — İraqın mərkəzində yerləşən şəhərdir və 836-cı ildən 892-ci ilə qədər Abbasilər xilafətinin paytaxtı olmuşdur.
Haqqında Şəhər xəlifə əl-Mötəsim tərəfindən qurulan Samarra, Dəclənin şərq sahili boyunca onlarla kilometr uzanan böyük bir metropol idi, lakin 9-cu əsrin ikinci yarısında, xüsusən də xəlifələrin Bağdada qayıtmasından sonra öz qüvvəsini itirdi. Daha sonra burda olan insanlar da böyük şəhərlərə köç etdi.
Nisbətən qısa müddət ərzində işğal edildiyinə görə, Abbasilər Samirrasının geniş xarabalıqları müasir dövrə qədər gəlib çatmışdır. Bunlar hal hazırda da açıq muzey kimi qorunur. Şəhərin planını hələ də hava fotoqrafiyası vasitəsilə görmək mümkündür və bu da planlaşdırılan küçələrin, evlərin, sarayların və məscidlərin geniş şəbəkəsini göstərir. müsəlman tarixçilərininArxeoloji tapıntıları müsəlman tarixçilərinin orta əsr mənbələrində verdiyi məlumatlarla müqayisə edən elmi tədqiqatlar, keçmiş şəhər ərazisi daxilində mövcud olmuş bir çox yer adlarının (toponimlərin) dəqiqləşdirilməsinə və onların tarixi məkanlarla əlaqələndirilməsinə imkan yaratmışdır.
Samarra arxeoloji ərazisi 2007-ci ildə UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş və onu "qədim böyük bir şəhərin ən yaxşı qorunmuş planı" adlandırmışdır. Eyni adı daşıyan müasir şəhər Abbasilər xarabalıqları içərisində yerləşir.
İstinadlar Kateqoriya:Abbasilər xilafəti memarlığı Kateqoriya:Asiya dövlətlərinin paytaxtları