İbrahim Ədhəm Soylu (), həmçinin İbrahim Starova, İbrahim Berzeşta () və ya daha çox İbrahim Temo () — albanəsilli Osmanlı siyasətçisi, inqilabçısı, intellektualı və həkimi. O, XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasında müxalif siyasi hərəkatların formalaşmasında mühüm rol oynamış, xüsusilə İttihad və Tərəqqi Komitəsinin (İTK) ilkin qurucularından biri kimi tanınmışdır.

İbrahim Temo "gənc türklər" hərəkatının erkən mərhələsində II Əbdülhəmidin avtoritar idarəçiliyinə qarşı çıxan gizli təşkilati fəaliyyətin əsas simalarından biri olmuşdur. Tibbi təhsil aldığı dövrdə Osmanlı İttihad Komitəsinin yaradılmasında iştirak etmiş, təşkilatın Balkanlar və Avropa filiallarının qurulmasında fəal rol oynamışdır. Sonradan İTK daxilində yaranan ideoloji və təşkilati dəyişikliklər fonunda ittihadçılardan uzaqlaşmış, daha liberal və pluralist mövqeləri müdafiə etmişdir.

Temo eyni zamanda alban milli oyanışının fəal iştirakçılarından biri olmuş, alban dilinin, mədəniyyətinin və siyasi hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərmişdir. O, Bəşkimi Cəmiyyətində aparıcı rollardan birini oynamış, alban əlifbası, ana dildə təhsil və muxtariyyət məsələləri ilə bağlı təşəbbüslərdə iştirak etmişdir. Bu fəaliyyətləri onu həm Osmanlı siyasi mühitində, həm də Balkanlarda yaşayan alban icmaları arasında nüfuzlu fiqura çevirmişdir. Onun qardaşı Nuri Soylu Vlora şəhərində keçirilən yığıncaqda Albaniya İstiqlaliyyət Bəyannaməsini imzalayanlardan biri olmuşdur.

1908-ci il Gənc türklər inqilabından sonra Temo Osmanlı Demokrat Partiyasını təsis etmiş, ittihadçılara müxalif mövqedə dayanmış, sonrakı illərdə isə Rumıniyada siyasi və ictimai fəaliyyətini davam etdirmişdir. O, Rumıniya Parlamentində senator kimi çalışmış, eyni zamanda tibbi və publisistik fəaliyyətlə məşğul olmuşdur.

Erkən həyatı İbrahim Əhdəm 1865-ci ildə Osmanlı imperiyasının Manastır vilayətinin Ohrid qəzasına bağlı Struqa şəhərində anadan olmuşdur. Ailəsi Albaniyanın Buçimas kəndindən gəlmiş, əcdadları Osmanlı imperiyasına xidmət etmiş və sonradan onun doğum yerinə köç etmişdilər. Atası tüccar Murad bəy, anası isə Fatimə xanım olmuşdur. Onun ailəsi Bakallı adlanan klana mənsubdur. Ona Əhdəm adından qısaldılmış "Temo" ləqəbi verilmişdir. İbrahim Temo Əbdül, Naim və Sami Fraşeri qardaşlarının bir bacısı ilə evlənmişdir.

İlk təhsilini Struqada almışdır. Türk dili ilə yanaşı, bir az fransız və ərəb dillərini də öyrəndikdən sonra 1884-cü ildə İstanbula getmişdir. Ahırkapıdakı Tibb Hazırlıq Məktəbinə başladıqdan sonra iqtisadi çətinliklər üzündən Kuleli Hərbi Tibb Hazırlıq Məktəbinə internat tələbəsi kimi keçmiş, daha sonra 1888-ci ildə Məktəbi-tibbiyeyi-şahanəyə daxil olmuşdur.

Tələbəlik illərində İstanbulda gizli fəaliyyət göstərən alban milliyyətçi qrupları ilə əlaqəyə girmişdir. Şəmsəddin Sami və Naim Fraşeri kimi alban liderlərinə əlavə olaraq, Şimali Makedoniyada yunan əleyhinə təbliğat aparan arumın hərəkatının liderlərindən Apostol Marqarit ilə də əlaqə qurmuşdur. 1879-cu ildə Prizren Liqası dövründə Temo Alban Hərflərinin Nəşri Cəmiyyətinin () qurucularından olmuşdur.

İttihad və Tərəqqi Temo, Mehmed Rəşid, İshaq Sükuti və Abdulla Cövdət ilə birlikdə Məktəbi-tibbiyeyi-şahanənin tələbələri olaraq 1889-cu ildə gizli bir cəmiyyət – Osmanlı İttihad Komitəsini yaratmışdır. Qrupun məqsədi Osmanlı sultanı II Əbdülhəmidin avtoritar idarəsini devirmək olmuşdur. Qrup ilk illərində kiçik hüceyrələr şəklində təşkil edilmiş, üzvlər nömrələrlə tanınmışdır. Temo 1/1 nömrəsini almış, yəni həm ilk hüceyrə, həm də hərəkətin ilk üzvü olmuşdur. Onların ilk fəaliyyətləri məktəbdə tibbi proqramdakı dəyişikliklərə etiraz etməyi əhatə etmişdir.

Erkən dövrdə Temo qrupun üzvü olaraq Nəcib Draqa və digər kosovalıları, həmçinin Toskeriyadan (Cənubi Albaniya) həmvətənlərini cəlb etmişdir. Temo Paris hüceyrəsinin rəhbəri Əhməd Rza ilə tanış olmuş və onlar əməkdaşlıq qurmuşdur. Rıza pozitivist fəlsəfə ideyalarına əsaslanaraq Temonun qrupuna "" adını qəbul etməyi tövsiyə etmişdir, bu da Ogüst Kontun "Nizam və Tərəqqi" şüarının tərcüməsi olmuşdur. Qrupun qurucuları, o cümlədən Temo "İttihad" () terminindən istifadə etməyə qətiyyətlə israr etmişdilər. 1894–1895-ci illərdə hər iki fraksiya arasında kompromis əldə edilmiş və yeni ad altında Osmanlı İttihad və ve Tərəqqi Cəmiyyəti (İTC) yaranmışdır.

1890-cı ildə bir xəbərçi tərəfindən xəbər verilməsi nəticəsində Temo Ohrid şəhərində tətildə olan zaman həbs olunmuşdur. Ulduz sarayında xüsusi komissiya tərəfindən sorğu-sualdan sonra buraxılmışdır. 1892-ci ildə Məktəbi-tibbiyeyi-şahanəni kapitan rütbəsi ilə bitirmiş və 1893-cü ildə Heydarpaşa Nümunə Xəstəxanasında oftalmologiya üzrə ixtisaslaşmağa başlamışdır. Bu vəzifəyə başlayandan sonra üç dəfə daha həbs olunmuşdur. Son həbsdən sonra Anadoluya sürgün ediləcəyini anlamış, bir çox digər "gənc türk" intellektuaları kimi ölkəni tərk etməyə qərar vermişdir.

Sürgün 1895-ci ildə Osmanlı hakimiyyəti İttihad və Tərəqqi qrupunu aşkar etmiş, üzvlərin həbs və sürgün olunmasına səbəb olmuşdur. Temo həbsdən qaçmaq üçün noyabr ayında Rumıniyaya sığınmışdır. O, arumın hərəkatının üzvlərinin köməyi ilə gizlicə "Metéor" adlı Rumıniya gəmisinə minmiş və Konstansaya getmiş, oradan da Buxarestə çatmışdır. Bir il Buxarest xəstəxanalarında işlədikdən və Rumıniyada tibb təcrübəsi üçün imtahanlardan keçdikdən sonra 1896-cı ilin dekabr ayında türk əhalisinin sıx yaşadığı Dobrujanın Konstansa bölgəsinin Məcidiyyə məntəqəsində tibb təcrübəsinə başlamışdır. Orada Qırımzadə Əli Rza ilə birlikdə İTC-nin filialını yaratmışdır. Temo Dobrujada müsəlman əhali arasında İTC ideyalarını yaymaq üçün qəzet nəşr etmişdir. Həmçinin qonşu Bolqarıstanın Qazanlıq, Vidin, Şumen, Ruse, Sofiya və Plovdiv şəhərlərində, eləcə də Albaniyanın Şkoder və Tirana şəhərlərində İTC filialları yaratmışdır.

Temo Rumıniyada həkim kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyət üçün aktiv işi də davam etdirmişdir. İlk olaraq "Hərəkat" adı ilə 500 nüsxə tirajla bir broşür nəşr etdirmişdir. II Əbdülhəmidin (hakimiyyəti: 1876–1909-cu illər) dövründə baş vermiş itkilərə diqqət çəkdiyi bu broşürü gizli yollarla İstanbul, İzmir, Saloniki və Trabzona göndərmiş, nəşr maraqla qarşılanmışdır. Qısa müddət ərzində Konstansa, Dobruja, Bazarcıq, Şumen, Varna, Ruse, Lom, Plovdiv və Tutrakan şəhərlərində İttihad və Tərəqqi Cəmiyyətinin filiallarının açılmasına öncüllük edən Temo cəmiyyətin Balkanlardakı əsas rəhbər fiqurlarından birinə çevrilmişdir. 1898-ci ildə təşkilatın Paris, Cenevrə və Qahirə filialları ilə daimi əlaqə saxlamışdır. Məcidiyyədə yerləşən evi nəzarət altında olan bir çox "gənc türk" fəalının sığınacaq yerinə çevrilmiş, burada gizlənən şəxsləri ətraf kəndlərdə saxladıqdan sonra onların Parisə və ya Cenevrəyə keçməsinə yardım göstərmişdir.

1898-ci ildə Dobruja millət vəkili Vasili M. Koqalniçeyanunun dəstəyi ilə "Sədayı-Millət" adlı jurnalın nəşrinə başlamışdır. Osmanlı hökumətinin Rumıniyaya göstərdiyi təzyiq nəticəsində bu nəşr 1 may 1898-ci il tarixli 9-cu sayından sonra fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Osmanlı hökumətinin nümayəndəsi Əbülmüqbil Kəmal bəy tərəfindən onun İstanbula qayıtması üçün göndərilən məktublar Temonu razı sala bilməmiş, nəticədə o, 1898-ci ildə Rumıniya vətəndaşlığını qəbul etmişdir. Temonun fəaliyyətlərindən narahat olan Osmanlı idarəçiliyinin Rumıniyaya göndərdiyi Nəcib Məlhəmə Paşa ilə mübahisədən sonra onu duelə dəvət etməsi və Məlhəmə Paşanın bu çağırışdan yayınması Temonun cəmiyyət daxilindəki nüfuzunu daha da artırmışdır.

Temo Rumıniyada fəaliyyət göstərən alban milli hərəkatında da iştirak etmişdir. O, Konstansa şəhərində Bəşkimi Cəmiyyətinin yerli filialının vitse-prezidenti olmuş və onun Buxarestdə keçirilən konqreslərində fəal iştirak etmişdir. Alban "Drita" komitəsi tərəfindən Albaniyanın muxtariyyəti tələb edən müraciələr Temo tərəfindən hazırlanmışdır. Xaricdə olan zaman Temo alban məsələsinə milli baxımdan yanaşmış və alban icmasının problemlərini önə çıxarmışdır. O, Pravoslav Albaniya və Pravoslav Arumıniyanın sıx əməkdaşlığını müdafiə etmişdir, çünki Yunan Patriarxlığı və Bolqar Ekzarxlığı tərəfindən yerli dillərdə məktəb və kilsə liturgiyası həyata keçirilməsində maneələrlə üzləşmişdir. Temo İstanbulun Rum rayonunu Osmanlı dövlətində yunan var-dövlətini təmsil etdiyi üçün "intriqaların yuvası" kimi görmüşdür. Rumıniyada Temo arumın təşkilat rəhbərliyi ilə yaxın əlaqələr saxlamış, Rumıniya hakimiyyəti bu əlaqələri dəstəkləmişdir. O həmçinin, Rumıniya türkləri ilə romalar arasında slavyanizmə qarşı anlaşmanın təmin edilməsində çalışmışdır. Bu fəaliyyətləri nəticəsində Balkanlarda nüfuzu artmışdır.

thumb|left|150px|Struqada İbrahim Temonun adını daşıyan liseydə onun büstü.

Sürgün dövründə Temo İTCZ dairələrində aktiv olmuş, şəxsi baxışları isə daha liberal səciyyə almışdır. Məsələn, türk dilinin yazısı üçün dəyişdirilmiş latın əlifbasnı müdafiə etmişdir. Digər CUP üzvləri, o cümlədən Əhməd Rza onun tövsiyələrini soyuqqanlı qarşılamış və ona "Latınçı" ləqəbini vermişdir. Temo universal təhsil və Osmanlı torpaqlarında xarici məktəblərin yarısının tədrisini türk dilində aparmasını tələb edən təhsil proqramı hazırlamışdır. Alban dili ilə bağlı memorandumunda, o, azlıqların ana dili təhsil hüquqlarını, imperiyada türk olmayan əhalinin 40%-dən çox olduğu yerlərdə müdafiə etmişdir. Temo Rza və tərəfdaşlarını, azlıqların Osmanlı millətinə sədaqət göstərməsi üçün müəyyən güzəştlərin vacib olduğunu izah etməyə çalışmış, lakin onların təkliflərini qəbul etdirməmişdir.

1902-ci ilin sonlarına doğru Temo aparıcı "gənc türk" təşkilatlarından dəstək almaq və Balkanlardakı potensial fəaliyyətləri müzakirə etmək üçün Avropaya səfər etmişdir. Osmanlı hökuməti Rumıniya hökumətindən onun qarşısının alınmasını tələb etmiş və Temo haqqında məhkumiyyət çıxarmışdır. Parisdə Temo sultanzadə Mehmed Səbahəddin bəy tərəfindən təşkil edilmiş Osmanlı Müqavimət Partiyaları Konqresində iştirak etmişdir. Burada islahatlar, azlıq hüquqları, inqilab və Avropa müdaxiləsi məsələləri müzakirə olunmuşdur. Daha sonra Rumıniyadan Temo Əhməd Rzanın tərəfini tutmuşdur. O, Osmanlı işlərinə Avropa müdaxiləsinin bəzi etnik qrupları radikallaşdıracağından ehtiyat etmişdir. Onun üçün həll Osmanlı dövlətinin güclü olması və alban ərazilərinin bütövlüyünü qoruması olmuş, böyük güclərin Alban maraqlarını inkişaf etdirməsinə skeptik yanaşmışdır.

İTC konqresi 1902–1903-cü illərdə göz xəstəlikləri üzrə ixtisasını tamamlamaq məqsədilə altı ay müddətində Parisdə qalmışdır. Parisə gəldikdən sonra Ali Makedoniya–Ədirnə Komitəsi tərəfindən Osmanlı idarəçiliyinə qarşı aparılan mənfi təbliğatla qarşılaşmış, bu təbliğatın uydurma məlumatlara əsaslandığını sübutlarla ortaya qoyan bir layihə hazırlamış və onu öz imkanları hesabına nəşr etdirmişdir. O, Avropanın müxtəlif şəhərlərində fəaliyyət göstərən "gənc türk" liderləri ilə görüşlər keçirmişdir. II Əbdülhəmidin idarəetməni ittihadçılara təhvil verməsi ehtimalını nəzərə almış, təhsil sahəsində görüləcək işlərə dair hazırlıq öhdəliyini üzərinə götürmüş və ibtidai məktəblər üçün bir layihə hazırlamışdır. Bu layihənin 8-ci maddəsində türk dilinə uyğun bir əlifbanın yaradılmasının təklif edilməsi onun ən diqqətəlayiq cəhətlərindən biri kimi qiymətləndirilmişdir. Bəzi mənbələrə görə, o, 1904-cü ildə II Əbdülhəmidə qarşı təşkil edilmiş və uğursuzluqla nəticələnmiş bombalı sui-qəsd cəhdlərində fəal rol oynamışdır.