Mərkəzəfəndi qəbiristanlığı () — Türkiyənin İstanbul şəhərinin Avropa hissəsində, Zeytunburnu rayonunun Mərkəzəfəndi məhəlləsində yerləşən qəbiristanlıq.

Tarixi Məhəllə və qəbiristanlıq adını Osmanlı dövrünün islam alimi və sufi şeyxi Mərkəz Əfəndidən (1463–1552) almışdır. Ümumi sahəsi 27.800 m² olan bu tarixi qəbiristanlıqda çoxsaylı tanınmış ziyalılar, yazıçılar və sənət xadimləri dəfn edilmişdir. Qəbiristanlığın əsası XVI əsrdə Mərkəz Əfəndi türbəsinin bu ərazidə inşa olunması ilə qoyulmuşdur. 1950-ci illərdə ərazisi genişləndirilmiş, ondan təxminən 100 metr aralıda isə Qozlu qəbiristanlığı salınmışdır. 2007-ci ildə qəbiristanlıq tam şəkildə yenidən bərpa edilmişdir. Keçmiş baş nazir Necməddin Ərbakanın 2011-ci ildə burada dəfn edilməsi zamanı qəbiristanlıqda genişmiqyaslı abadlıq və təmir işləri aparılmışdır.

Hazırda qəbiristanlıqda yalnız mövcud məzarları olan ailə üzvlərinin dəfninə icazə verilir.

Tanınmış dəfn olunanlar Ölüm tarixlərinə görə sıralanmışdır.

Abdulla Cövdət (1869–1932) — yazıçı, şair, tərcüməçi, radikal azadfikirlilik nümayəndəsi və "yeni osmanlılar" hərəkatının ideoloqlarından biri Rza Nur (1879–1942) — siyasətçi, yazıçı Əbdülhaq Adnan Adıvar (1882–1955) — həkim, siyasətçi, yazıçı Sadəddin Qaynaq (1895–1961) — bəstəkar, musiqiçi Xalidə Ədib Adıvar (1884–1964) — romançı, feminist siyasətçi Həmdullah Sübhi Tanrıövər (1885–1966) — şair, siyasətçi Səbahəddin Əyyuboğlu (1908–1973) — tərcüməçi, esseist, film prodüseri Səmiha Ayverdi (1905–1993) — romançı, sufi Xəlil Xalid (1869–1931) — türk yazıçısı Mualla Əyyuboğlu (1919–2009) — memar, restavrator Nəcməddin Ərbakan (1926–2011) — mühəndis, siyasətçi, Türkiyənin sabiq baş naziri Toxtamış Atəş (1944–2013) — alim, yazıçı Nəşə Aybəy (1930–2015) — miniatürçü, akademik

İstinadlar

Kateqoriya:İstanbul qəbiristanlıqları Kateqoriya:Sünni qəbiristanlıqları Kateqoriya:Zeytunburnu