İsaak Markoviç Xalatnikov (ukraynaca: Ісаа́к Ма́ркович Халатников, rusca: Исаак Маркович Халатников; 17 oktyabr 1919 – 9 yanvar 2021) — ümumi nisbilik nəzəriyyəsi, kvant sahə nəzəriyyəsi və kvant mayeləri nəzəriyyəsi də daxil olmaqla nəzəri fizikanın bir çox sahəsinə əhəmiyyətli töhfələr vermiş aparıcı sovet nəzəri fiziki. O, Landau-Xalatnikov super axıcılıq nəzəriyyəsinin və ümumi nisbilik nəzəriyyəsində BKL fərziyyəsinin inkişafındakı rolu ilə tanınır.

Həyatı və karyerası

İsaak Xalatnikov Yekaterinoslavda (indiki Dnepr, Ukrayna) Ukrayna yəhudi ailəsində anadan olub və 1941-ci ildə Dnepropetrovsk Dövlət Universitetini fizika üzrə bitirib. O, 1944-cü ildən Kommunist Partiyasının üzvü olub. 1952-ci ildə doktorluq dərəcəsi alıb. Həyat yoldaşı Valentina İnqilab qəhrəmanı Nikolay Şorsun qızı olub.

Xalatnikovun tədqiqatlarının böyük bir hissəsi, o cümlədən ifrat axıcılıq üzrə Landau-Xalatnikov nəzəriyyəsi Lev Landau ilə əməkdaşlığı və ya ondan ilham alması sayəsində ortaya çıxmışdır.

1969-cu ildə o, qısa müddətə Leyden Universitetində nəzəri fizika üzrə yarımştat professor kimi çalışıb.

1970-ci ildə o vaxtlar Prinston Universitetində çalışan Çarlz V. Misnerin təqdim etdiyi miksmester modelindən ilhamlanan Xalatnikov, Vladimir Belinski və Yevgeni Lifşits ilə birlikdə, klassik cazibə nəzəriyyəsində ən görkəmli açıq problemlərdən biri kimi qəbul edilən BKL fərziyyəsini təqdim etdi.

Xalatnikov 1965-ci ildən 1992-ci ilə qədər Moskvadakı Landau Nəzəri Fizika İnstitutuna rəhbərlik edib. O, 1984-cü ildə SSRİ Elmlər Akademiyasına seçilib. O, Landau Qızıl Medalı, Humboldt mükafatı və Marsel Qrossman Mükafatına layiq görülüb. O, həmçinin London Kral Cəmiyyətinin xarici üzvü olub.

Onu "Hər şeyin Nəzəriyyəsi" filmində aktyor Georq Nikoloff canlandırıb.

Xalatnikov 9 yanvar 2021-ci ildə 101 yaşında Çernoqolovkada vəfat edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:17 oktyabrda doğulanlar Kateqoriya:1919-cu ildə doğulanlar Kateqoriya:Dneprdə doğulanlar Kateqoriya:9 yanvarda vəfat edənlər Kateqoriya:2021-ci ildə vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:SSRİ-nin "Aleksandr Nevski" ordeni ilə təltif edilənlər Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Stalin" mükafatı laureatları Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:Rusiya alimləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Rusiya memuarçıları