thumb|14 mart 2019-cu "Shueisha" nəşriyyatı tərəfindən buraxılmış birinci tankobon cildinin üzlüyü. Personaj: Mişar-adama çevrilmiş Denci. "Chainsaw Man" Tatsuki Fucimoto tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyasıdır. Manqanın ilk 97 fəslini əhatə edən adlı birinci hissəsi 3 dekabr 2018-ci ildən 14 dekabr 2020-ci ilə qədər "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında serializasiya olunmuşdur. 19 dekabr 2020-ci ildə manqanın adlı, Dencinin məktəbə getdiyi ikinci hissəsi anons edilmişdir. İkinci hissə 13 iyul 2020-ci ildə "Shueisha" nəşriyyatının "Shōnen Jump+" tətbiqi və saytında 98-ci fəsildən etibarən serializasiya olunmağa başlamışdır. İkinci hissə 24 mart 2026-cı ildə başa çatmışdır. Manqanın ilk tankobon cildi 4 mart 2019-cu ildə buraxılmışdır. 4 iyun 2026-ci ilə qədər 24 tankobon cildi buraxılmışdır.

Manqa seriyasında hadisələr 1990-cı illərdə SSRİ-nin hələ də mövcud olduğu alternativ dünyada baş verir. Bu dünyada insanların kollektiv qorxularından doğulmuş iblislər mövcuddur. İblis ovçularının vəzifəsi təhlükəli iblisləri ortadan qaldırmaqdır və bəzən onların güclərini əldə etmək üçün onlarla müqavilələr bağlayırlar. İnsan bədənini (adətən ölmüş olanların) ələ keçirmiş iblislər ifrit adlanır. Kasıb bir yeniyetmə olan Denci Mişar iblisi Poçita sayəsində onun güclərini əldə edir və bədən üzvlərini mişara çevirə bilir. O, Yaponiya üçün təhlükəli iblisləri ovlamaqla məşğul olan İctimai Təhlükəsizlik Bürosuna qoşulur. İkinci hekayə arkının əsas personajı isə Mişar-adamı ovlamaq istəyən Müharibə iblisi Yoru ilə müqavilə bağlayan Asa Mitaka adlı lisey şagirdidir.

Manqa seriyası əsasında roman, teatr tamaşası və brauzer oyunu adaptasiyaları hazırlanmışdır. "MAPPA" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası 12 oktyabrdan 28 dekabr 2022-ci ilə qədər yayımlanmışdır. 2025-ci ildə "Mişar Adam. Film: Rezenin hekayəsi" adlı anime filmi adaptasiyası buraxılmışdır.

Cild siyahısı

İstinadlar

Fəsillər Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları