Leonard Kovinqton (; ) — keçmiş ABŞ ordusu briqada generalı və Birləşmiş Ştatların Nümayəndələr Palatasının üzvü.
Bioqrafiyası Leonard Kovinqton Britaniyanın o vaxtkı Merilend əyalətinin Akvasko (o vaxtkı Şahzadə Corc qraflığına daxil idi) adlı ərazidə doğulmuşdur. 1792-ci ilin mart ayında orduya kornet kimi qəbul olunmuşdur. 1794-cü ildə kapitan rütbəsinə yüksəldi və Entoni Veynin rəhbərliyi altında Şimal-Qərb Hindi müharibəsində (1785-1795) xidmət etdi, orada Fort-Rekaveri və Follen Timbers döyüşlərində fərqləndi. Şimal-Qərbi Hindi müharibəsi bitdikdən sonra ordunu tərk etdi.
Uzun illər Merilend Deleqatlar Palatası və 1805–1807-ci illərdə 9-cu Konqresdə nümayəndə (Demokratik-Respublikaçı partiyası) kimi işlədikdən sonra Leonard Kovinqton 1809-cu ildə yüngül draqunlar polkovniki kimi ordu fəaliyyətinə qayıtdı.Leonard Covington's Congressional biography , retrieved 10 December 2015. O, Missisipi çayının aşağı sahilindəki Fort Adams portuna komandanlıq edirdi və 1810-cu ilin dekabrında Qərbi Florida Respublikasının (indiki Luiziana ştatının Florida prixodları ərazisi) Birləşmiş Ştatları tərəfindən ələ keçirilməsində iştirak etmişdir.Leonard Covington in the Louisiana Historical Association's Dictionary of Louisiana Biography, accessed 14 April 2017.Inside Northside magazine special issue, Covington 1813–2013 , on Covington, Louisiana, pages 8–10; accessed 25 February 2017. O, 1812-ci il müharibəsində xidmət etmiş, 1813-cü ilin avqustunda briqada generalı rütbəsinə yüksəlmişdir. Kovinqton Kraysler-Farms döyüşündə ölümcül yaralanmış və üç gün sonra Nyu-Yorkun Franklin qraflığındaki Frenç Mills qəsəbəsində vəfat etdi.
Briqadir Kovinqton son illərində ailəsi ilə Missisipi ərazisinin paytaxtı Vaşinqton qəsəbəsində "Propinkuiti" () adlı evdə yaşayırdı. Ev 1810-cu ildə Kovinqtonun Yüngül Draqunlar alayına komandanlıq etdiyi Fort Vaşinqton (ilkin adı Fort Diaborn)Fort Dearborn at NorthAmericanForts.com, retrieved 26 Feb 2017. hərbi qurğusunun yaxınlığında tikilmişdir.Kempe, Helen Kerr. The Pelican Guide to Old Homes of Mississippi: Vol. 1, Natchez and the South. Gretna, Louisiana: Pelican Publishing, 1989, p. 75. Kovinqton xalası qızı Rebekka Makkall ilə evlənmişdir, Makall həmçinin general Ceyms Vilkinsonun qohumu idi. Kovinqtonların ən azı 4 uşağı var idi.
Kovinqtonun şərəfinə adlandırılmış yerlər
Kovinqton, Corciya Kovinqton, Kentukki Kovinqton, Luiziana Port Kovinqton, Merilend Kovinqton, Nyu York Kovinqton, Ohayo Kovinqton, Pensilvaniya Kovinqton, Tennessi Kovinqton qraflığı, Alabama Kovinqton qraflığı, Mississippi Fort Kovinqton, Nyu York Kovinqton, Virciniya Corciya ştatı Rossvill şəhərindəki Kovinqton ilahiyyat seminariyası
İstinadlar
Xarici keçidlər
COVINGTON, Leonard in the Dictionary of Louisiana Biography (Scroll down.)
"Presenting General Leonard Wailes Covington" bir xəbər bloqunda Kentukki ştatının Kovinqton şəhərindəki heykəlin fotoşəkilləri, dekabr 2011.
Kovinqton Kovinqton Kovinqton Kovinqton Kovinqton Kovinqton