İst Liberti Presviterian kilsəsi və yaxud Ümid kafedralı () — Pittsburq şəhərinin İst Liberti bölgəsində yerləşən kilsə. Hazırkı bina bu ərazidə tikilmiş beşinci kilsə binasıdır. İlk kilsə 1819-cu ildə inşa edilmişdir. Tarixi Kilsə ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərinin "East Liberty Presbyterian Church" icması tərəfindən 1819-cu ildə təsis edilmişdir. Hazırkı kilsənin üzərində yerləşdiyi torpaq "Jacob və Barbara Negley" tərəfindən ianə edilmişdir. Burda tikilən ilk bina, 44 kvadrat metrlik bir kərpic məktəb və icma evi idi.
Hazırkı kilsə Ralf Adams Kram tərəfindən layihələndirilib. O, bu ərazidə tikilmiş beşinci binadır. Tikinti 1931-ci ildə başladı və 1935-ci ildə tamamlandı.
Kilsənin mərkəzi qülləsində zəng yerləşir. 2 ton ağırlığında olan bu zəng, 1867-ci ildə Barbara Neqley tərəfindən ianə edilmişdir. Zəngin üzərində yazılıb: "Şərqi Azadlıq Presviterian kilsəsinə Mrs. B.A.Neqli tərəfindən, 89 yaşında ikən bağışlanmışdır. Keşiş - Rev. Vilyam B. McIlvain, Rev.Con Qillespi." Zəngin çalındığı əlamətdar hallar arasında ABŞ İstiqlal Bəyannaməsinin imzalanmasının 100 illiyi, Prezident Makkinlinin cənazə qatarının keçidi və Birinci Dünya müharibəsi zamanı dua çağırışı daxildir.
Qalereya
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
East Liberty Presbyterian Church East Liberty Presbyterian Church on Facebook Hope Academy on Facebook SAH Archipedia Building Entry