Prunella fulvescens — Sərçəkimilər yarımfəsiləsinə aid quş növü. Ümumi məlumat 250px|thumb|right|Hindistanda rast gəlinən Prunella fulvescens Prunella fulvescens Əfqanıstan, Çin, Hindistan, Qazaxıstan, Monqolustan, Nepal, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanda yayılmışdır.Ali, S., & ripley, S. D., 2001. Handbook of the birds of India and Pakistan together with those of Bangladesh, Nepal, Bhutan and Sri Lanka (Flowerpeckers to Buntings). 2nd ed. Delhi: (Sponsored by Bombay Natural History Society.) Oxford University Press [Oxford India Paperbacks.]. Vol. 10 of 10 vols. Pp. 2 ll., pp. i–xviii, 1–250, 1 l., 2 ll.

Prunella fulvescens ağ qaş xətti (gözdən sonra daha geniş), tünd qəhvəyi üz, tünd qəhvəyi qulaq örtükləri, sarımtıl döş və sarımtıl qarın hissəsi ilə tanınır. Erkəklər dişilərdən daha böyükdür.Rasmussen, P. C., & Anderton, J. C., 2012. Birds of South Asia: the Ripley guide. 2nd ed. Washington, D.C. and Barcelona: Smithsonian Institution and Lynx Edicions. 2 vols. Pp. 1–378; 1–683.

Prunella fulvescens əsasən monoqamdır, lakin poliandriya (bir dişinin bir neçə erkəklə cütləşməsi) da qeydə alınmışdır. Çoxalma mövsümündə ərazi müdafiəçisidir və bu mövsüm mayın sonunda başlayır. İyunun sonundan iyulun sonuna qədər 3–4 yumurta qoyurlar. Dişilər yumurtalar üzırində 12–14 gün ərzində oturur. Daha sonra həm erkək, həm də dişi balaları 13–15 gün ərzində qidalandırır, lakin əsas qidalanma dişilər tərəfindən həyata keçirilir.

Yetkin fərdlər toxum, meyvə və həşəratlarla qidalanır. Balalar yalnız həşəratlarla qidalandırılır.

Status Prunella fulvescens "Ən Az Narahatlıq Doğuran" kateqoriyasında qiymətləndirilmişdir, çünki geniş yayılma sahəsinə, sabit populyasiya trendinə malikdir və populyasiya ölçüsü təhlükəli səviyyəyə yaxınlaşmır.

Qlobal populyasiya ölçüsü kəmiyyətləşdirilməmişdir, lakin növ Mərkəzi Asiyada ümumi, Pakistanda qışda yerli olaraq ümumi, şimali Hindistanda yerli olaraq ümumi və şimal-qərbi Nepaldə ümumi hesab edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya quşları Kateqoriya:Nepal quşları Kateqoriya:Çin quşları Kateqoriya:1873-cü ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər