Orchesticus abeillei — Thraupidae yarımfəsiləsinə aid quş növü. Ümumi məlumat Bu quş "Orchesticus" cinsinin yeganə üzvüdür. Orchesticus abeillei təxminən 17 sm uzunluğunda və təxminən 31,5 qram çəkisindədir. Adından da göründüyü kimi, lələkləri ümumilikdə qəhvəyi rəngdədir. Dimdiyi nisbətən qalındır. Braziliyanın cənub-şərqindəki rütubətli Atlantik meşələrinə endemikdir və 900–1,500 metr (3,000–4,900 fut) yüksəklikdə rast gəlinir. Meşə təbəqəsində yemək axtarır və adətən cüt-cüt görülür. Ümumiyyətlə nadir bir növdür, lakin "Itatiaia Milli Parkı" kimi bir neçə qorunan ərazidə rast gəlinir. Həşəratları havada tutur. Bu üsul tez-tez "sallying" adlanır. Həmçinin həşəratları birbaşa bitkilərdən də toplayır. Çəhrayı çalarlı 2 yumurta qoyur. Yumurtanın daha böyük ucu qəhvəyi və bənövşəyi ləkələrlə örtülüdür.

Qəhvəyi tanager ilk dəfə 1839-cu ildə fransız təbiətşünası Rene Lesson tərəfindən "Pyrrhula Abeillei" binominal adı ilə təsvir edilmişdir. Növ 1851-ci ildə alman ornitoloq Jan Kabanis tərəfindən özünəməxsus monotipik "Orchesticus" cinsinə köçürülmüşdür. Növün yaşadığı əsas ərazi Braziliyanın Rio-de-Janeyro şəhəridir. Cins adı qədim yunan dilində "rəqs etməkdə yaxşı" mənasını verən "orkhēstikos" sözündən götürülüb. Xüsusi epitet olan "abeillei" fransız kolleksiyaçı və təbiətşünası M.Abeille şərəfinə verilmişdir. "Thraupidae" fəsiləsində Orchesticus abeillei sarıçiyin böyükdimdiklə ilə birlikdə "Orchesticinae" yarımfəsiləsində yerləşdirilir. Növ monotipikdir, heç bir yarımnövü məlum deyil. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1839-cu ildə təsvir edilən quşlar