Diacamma — Ponerinae yarımfəsiləsinə aid, ana qarışqa (kraliça) olmayan qarışqalar nəsli. Bu nəsil Hindistandan Avstraliyaya qədər geniş yayılıb və təxminən 24 növü özündə birləşdirir. Təsviri Diacamma nəsilində ana qarıqşa (kraliça) yoxdur. Böyük qarışqalar təxminən 1 sm uzunluğunda, işçilər isə 8 ilə 16 mm arasında olur. Dişi qarışqalar boz-qara, erkəklər daha açıq, qəhvəyi və sarı rəngdə olurlar. Bığları 12 seqmentlidir, erkəklərdə 13 olur. Gözləri böyük, qabarıqdır. Mandibulalar 11-13 dişli üçbucaqlıdır.
Dişisi olmayan işçi fərdlər heç vaxt cütləşmir. Bu, digər kraliçasız qarışqalardan fərqlidir, çünki onlarda işçi fərdlər çoxalmanı tənzimləmək üçün dominantlıq iyerarxiyası qururlar. Diacammada hər koloniyada yalnız bir işçi fərd dişi qarışqa ilə çütləşir. Cütləşmiş yumurtanı dişi işçi qarışqa qoyur.
Növləri Diacamma assamense Emery, 1897 Diacamma australe (Fabricius, 1775) Diacamma baguiense Wheeler & Chapman, 1925 Diacamma bispinosum (Le Guillou, 1842) Diacamma ceylonense Emery, 1897 Diacamma colosseense Forel, 1915 Diacamma cupreum (Smith, 1860) Diacamma cyaneiventre André, 1887 Diacamma holosericeum (Roger, 1860) Diacamma indicum Santschi, 1920 Diacamma intricatum (Smith, 1857) Diacamma jacobsoni Forel, 1912 Diacamma leve Crawley, 1915 Diacamma longitudinale Emery, 1889 Diacamma palawanicum Emery, 1900 Diacamma pallidum (Smith, 1858) Diacamma panayense Wheeler & Chapman, 1925 Diacamma purpureum (Smith, 1863) Diacamma rugivertex Emery, 1902 Diacamma rugosum (Le Guillou, 1842) Diacamma scalpratum (Smith, 1858) Diacamma schoedli Shattuck & Barnett, 2006 Diacamma sericeiventre Stitz, 1925
İstinadlar
Xarici keçidlər
Diacamma photo gallery by Alexander Wild
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar