Nikkolo di Pyetro Lamberti () — elmi və tarixi mənbələrdə həm də Nikkolo di Pyero Lamberti, Nikkolo Aretino, Nikkolo d'Arezzo və il Pela kimi də qeyd edilən, Kvattroçento dövründə yaşayıb yaratmış italyan İntibah heykəltəraşı və memarı.

Həyatı haqqında çox az məlumat bəlli olsa da, 1392-ci ildə Flornsiyada ailə həyatı qurduğu bilinir. Pyero di Nikkolo Lamberti adlı oğlu (1393–1435) da heykəltəraş olmuş, hər iksi Toskan tərzi heykəltəraşlığın Venesiyaya ixrac edilməsi və 1410-1420-ci illərdə Venesiyada fəaliyyət göstərmələri ilə məşhurlaşmışlar.

1391-ci ildən etibarən Lamberti, Florensiya kafedralının "" adlı qapısı üzərində çalışmışdır. 1401-ci ildə Lamberti Florensiya vəftizxanasının Şimal qapısının hazırlanması üçün elan edilmiş müsabiqəyə qatılmış, lakin, müsabiqənin qalibi Lorenzo Giberti olmuşdur.

Kateqoriya:İtaliya heykəltaraşları Kateqoriya:XV əsr İtaliya memarları Kateqoriya:XIV əsr İtaliya memarları Kateqoriya:Florensiya memarları Kateqoriya:XV əsr İtaliya heykəltəraşları Kateqoriya:Florensiyada doğulanlar Kateqoriya:Florensiyada vəfat edənlər Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:Florensiya rəssamları