XVIII Lüdovik () () — Fransa kralı.
Həyatı XV Lüdovikin nəvəsi, dofen Lüdovikin oğludur. 1789-cu il Fransız İnqilabı başlayanda ölkədən qaçdı. Uzun illər Avropada sürgündə yaşadı. 1795-ci ildə qardaşı XVI Lüdovikin edamından sonra özünü Fransa kralı elan etdi.
1814-cü ildə Napoleonun süqutundan sonra Avropa dövlətlərinin dəstəyi ilə Fransa taxtına çıxdı. Qısa müddət 1815-ci ilin "100 Gün" dövründə Napoleon qayıtdı, lakin Waterloo döyüşündən sonra XVIII Lüdovik adıyla yenidən taxta döndü.
XVIII Lüdovikin hakimiyyəti konstitusiyalı monarxiya əsasında qurulmuşdu. 1814-cü il "Konstitusiya Şartı" ilə bəzi hüquqlar və azadlıqlar təmin edildi. O, inqilabın gətirdiyi bəzi islahatları qoruyub saxlamağa çalışdı.
16 aprel 1771-ci ildə Sardiniya kralı III Viktor Amadeyin qızı Mariya Jozefina ilə nigahlandı. Formal olaraq keçirilən nigah mərasiminin ardından cütlüyün toy mərasimi 14 mayda Versal sarayında baş tutdu. Ancaq xoşbəxt bir evlilik deyildi və cütlüyün övladı olmadı.
XVIII Lüdovik 1824-cü ildə Parisdə vəfat etdi. Onu qardaşı X Karl əvəz etdi.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Fransa kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri