Krasinski sarayı həmçinin Birlik Sarayı (pol. Pałac Rzeczypospolitej) kimi tanınan Polşanın Varşava şəhərində, Krasinski meydanında (Plac Krasińskich) yenidən qurulmuş barokko sarayıdır.
Tarixi Saray XVII ci əsrin sonlarında Tylman van Gamerenin layihəsinə əsasən Krasinski ailəsinin sifarişi ilə tikilib. Əsrlər ərzində bir neçə dəfə yenidən qurulub və təmir edilib. İkinci Dunya Müharibəsi zamanı, xüsusi ilə 1944-cü ildə Varşava üsyanı zamanı ciddi zərər görüb. Müharibədən sonra orijinal təsvirlərə əsasən bərpa olunub. Hazırda bir çox ictimai və mədəni tədbirlərin keçirildiyi yer kimi istifadə olunur.
Sarayın ön fasadı barokko üslubunda bəzədilib, qədim yunan və Roma mifologiyasından səhnələri əks etdirən relyeflərlə zəngindir. Daxili interyer zamanında çox zəngin və lüks şəkildə bəzədilmişdi, lakin müharibə zamanı əksəriyyəti məhv olub.
Qalereya
İstinadlar
Kateqoriya:1683-cü ildə yarananlar Kateqoriya:1683-cü ildə tamamlanmış binalar və tikililər