Bavariyalı Lüdviq Ferdinand (; ) — Vittelsbax sülaləsinə mənsub şahzadə.

1859-cu ildə Madriddə dünyaya gəldi. Atası Bavariya kralı I Lüdviqin oğlu Şahzadə Adalbert, anası isə Kadis hersoqu Fransisko de Burbonun qızı Amaliyadır. Dövlət və ya hərbi sahədən əlavə, mülki işlərlə məşğul olan bir neçə Avropalı şahzadədən biri kimi uzun illər cərrah və ginekoloq kimi çalışdı.

22 oktyabr 1877-ci ildə Bavariya kral ordusunda ikinci dərəcəli leytenant rütbəsilə xidmətə başladı. 7 fevral 1880-ci ildə baş leytenant, 20 avqust 1882-ci ildə rotmistr, 11 may 1883-cü ildə polkovnik, 21 noyabr 1887-ci ildə general-mayor, 11 iyun 1891-ci ildə general-leytenant və 28 dekabr 1898-ci ildə general-kavalyer rütbəsinə yüksəldi. Birinci Dünya Müharibəsi illərində 1916-1918-ci illərdə Münxendəki bir hərbi hospitalda baş cərrah olaraq xidmət etdi.

1880-ci ildə dayısı qızı İnfanta Mariya Pazla evlənməsinə qərar verildi. Üstəlik anası İnfanta Amaliya infantanın xaç anası idi. Ancaq həmin ilin sonunda baş tutan görüşdən sonra Mariya Paz bəy namizədini bəyənmədi. Buna baxmayaraq danışıqlar davam etdi və cütlük 2 aprel 1883-cü ildə Madrid kral sarayında evləndi. 1885-ci ildə cütlük Bavariyaya qayıtsa da, sarayın qarışıq və intriqa dolu həyatından uzaq qaldı. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi.

Ferdinand (1884-1958) Adalbert (1886-1970) Pilar (1891-1987)

1949-cu ildə Münxendə vəfat etdi. Cənazəsi Münxendəki Müqəddəs Mixail kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

«Ante ayer á las cuatro de la tarde tuvo lugar en el Real Palacio el acto solemne de conferir el Santo Sacramento del Bautismo al Príncipe recién nacido que dio á luz S. A. R. la Serma. Sra. Infanta Doña Amalia, Princesa de Baviera.». Gaceta de Madrid «Reales decretos concediendo el collar de la insigne Oden del Toison de Oro á las personas expresadas.». Gaceta de Madrid

İstinadlar Kateqoriya:İspaniya infantları Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları