Dmitri Andreyeviç Nataluxa (; ) — ukraynalı hüquq müdafiəçisi, tərcüməçi, strateji və böhranlı kommunikasiyalar üzrə mütəxəssisi, Ukrayna Ali Radasının IX çağırış xalq deputatı.
Beynəlxalq siyasətdə fəal olan Nataluxa, Avropa Şurası Parlament Assambleyası Daimi Nümayəndəliyinin üzvü (burada Avropa Mühafizəkarlar Qrupunun xəzinədarıdır və Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin üzvüdür) kimi fəaliyyət göstərir.
Dimitri Nataluxa 2024-cü ildə "The New Voice of Ukraine jurnalı" tərəfindən “ən nüfuzlu 100 ukraynalı”, ondan əvvəl isə 2021-ci ildə “Korrespondent” və "Gazeta.ua jurnalları tərəfindən “2021-ci ilin ən perspektivli 100 Ukrayna siyasətçisi” siyahısına daxil edilib.
O, Ukrayna Parlamentinin İqtisadi Məsələlər Komitəsinin sədridir. Vladimir Zelenskinin "Xalqın Xidmətçisi" partiyasının partiya siyahısında 14-cü yerdədir.
Həyatı Təhsili Dimitri Nataluxa Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun hüquq fakültəsini bitirib (beynəlxalq hüquqşünas, fransız dilindən tərcüməçi-referent). Kembric Universitetində (Böyük Britaniya) Beynəlxalq Siyasət üzrə magistr proqramının məzunu, Kembric Ukrayna Cəmiyyətinin keçmiş sədri olub. Əmək fəaliyyəti Dimitri Nataluxa Lead/Augury şirkətinin partnyorudur. Şirkət böhran kommunikasiyaları, siyasi kampaniyalar və PR üzrə ixtisaslaşıb. Əvvəllər o, Amerikanın "Baker McKenzie" şirkətinin Kiyev ofisində işləyib. O, həmçinin "İlyasev & Partners" və digər hüquq firmalarında çalışıb. Nataluxa Avromeydanı fəal şəkildə dəstəkləyib. 2014-cü ildə Ukraynaya qayıdan Nataluxa Rusiya-Ukrayna Müharibəsinin başlamasından sonra Ukrayna üçün görünməmiş bir problem olan məcburi köçkünlər məsələsi ilə məşğul olub. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı ofisi ilə birgə məcburi köçkünlərin hüquqlarının müdafiəsini edib. Dimitri Nataluxa Birləşmiş Millətlər Təşkilatının Ukraynadakı icraçı partnyor ofisi olan “Müdafiə hüququ”nun vitse-prezidenti vəzifəsini daşıyıb. O, Ukraynanın “Məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununun həmmüəlliflərindən və müdafiəçilərindən biri olub.
2015-ci ildə o, Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko tərəfindən Odessa vilayətinin Komintern Rayon Dövlət Administrasiyasının (sonralar Liman rayonu) sədri təyin edilib. Bununlada Nataluxa 2015-2017-ci illərdə dövlət qulluğunda çalışıb.
Siyasi fəaliyyəti 2019-cu il parlament seçkilərində "Xalqın Xidmətçisi" partiyasından deputatlığına namizəd olub. Seçkiyə siyahıda 14-cü yerdə gedib. Seçkilər zamanı “Lid/Ogyuri” MMC-nin rəhbəri vəzifəsini icra edib. Bitərəfdir, Kiyevdə yaşayır.
Dimitri Nataluxa Ukrayna Ali Radasının İqtisadi İnkişaf Komitəsinin sədridir.
Ali Radada Nataluxa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə qrupun həmsədridir. Şəxsi həyatı Dimitri Nataluxa "Batkivşina" partiyasından olan deputat Alena Şkrumla evlidir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ukrayna Ali Radasının IX çağırış deputatları Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XXI əsr hüquqşünasları