Portuqaliyalı Duarte (; ) — Portuqaliya kralı I Manuelin oğlu, Quameres hersoqu.
1515-ci ildə Lissabonda dünyaya gəldi. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya-Araqon monarxları I İzabella və II Ferdinandın qızı Araqonlu Mariyadır. Taxt sıralamasında çox geridə olsa da, yüksək zadəgan statusu və kral ailəsinin üzvü kimi nüfuzlu fiqur idi. Tez-tez ova çıxmağı sevirdi və musiqiylə məşğul olurdu.
Gənc yaşlarından saray və bəzi hərbi işlərdə iştirak etmişdir. Lakin böyük bir hərbi və ya diplomatik uğurla yadda qalmamışdır. Qardaşı kral III Juan dövründə kral ailəsinə yaxın və hörmətli şəxs olmuşdur.
23 aprel 1537-ci ildə bibisi Vizeulu İzabellanın nəvəsi Braqanzalı İzabella ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi.
Mariya, Parma şahzadəsi Yekaterina, Braqanza hersoginyası Duarte, Quameres hersoqu
Duarte hələ 24 yaşında ikən 1540-cı ildə anidən vəfat etdi və Jeronimuş monastırında dəfn edildi.
Mənbə
Ədəbiyyat
Stephens, Henry Morse (1903). The Story of Portugal. G.P. Putnam's Sons. p. 139. ISBN 9780722224731 Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p. 11. ISBN 9780812293203