Paraponera clavata — ümumiyyətlə "güllə qarışqası" kimi tanınan, ən ağrılı həşərat sancmalarından birinə sahib olan qarışqa növü. Bu qarışqa Mərkəzi və Cənubi Amerikanın rütubətli aşağı dağlıq tropik meşələrində yaşayır.

Etimologiya Qarışqanın xüsusi epititeti olan clavata "dəyənək formalı" mənasını verir, cins adı Paraponera isə "Ponera-yə yaxın" kimi tərcümə olunur. Bu qarışqa qorxuducu reputasiyasına görə, müxtəlif coğrafi bölgələrdə yerli adlarla tanınır. Venesuelada bu qarışqa hormiga veinticuatro (24 qarışqası) adlanır ki, bu da sancmanın 24 saat boyunca davam edən ağrıya səbəb olduğunu ifadə edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cənubi Amerika faunası