İvan Olekseyeviç Kandıba (; ) — ukraynalı hüquqşünas və dissident, Ukrayna Helsinki Qrupunun yaradıcılarından biri. Erkən həyatı İvan Kandıba 1930-cu il, iyunun 7-də Stulno kəndində (indiki Polşa) ukraynalı kəndli ailəsində anadan olub. 1945-ci ildə ailəsi zorla Ukrayna SSR-ə köçürülüb. Lvov Universitetinin hüquq fakültəsində təhsil alıb, 1953-cü ildə oranı bitirib. 1953-1961-ci illərdə Kandıba Qlinyani şəhərində (Lvov vilayəti) notarius, vəkil və hakim kimi çalışıb.
Siyasi fəaliyyəti 1960-cı ilin fevralında Kandıba özü kimi vəkil işləyən Levko Lukyanenko ilə tanış oldu. Onlar dost oldular və Kandıba, Lukyanenkonun Ukrayna Fəhlə və Kəndlilər İttifaqını () yaratmaq fikrini dəstəklədi. Lakin, təşkilatın fəaliyyəti ifşa olundu və Kandıba həbs olundu.
1962 və 1967-ci illərdə Kandıba siyasi məhbus kimi, müvafiq olaraq üç il və bir il həbs cəzası aldı. 1976-cı ildə azadlığa çıxandan sonra Kandıbaya Lvovda işləməyə icazə verilmədi.
Ukrayna Helsinki Qrupu İvan Kandıba 1976-cı ilin noyabrında Nikolay Rudenko tərəfindən yaradıldığı elan edilmiş Ukrayna Helsinki Qrupunun (UHG) qurucularından biri oldu.
Ukrayna Helsinki Qrupuna üzvlük Kandıbanın siyasi fəaliyyətində və şəxsi həyatında ona problemlər yaratdı. Buna görə də, ona heç vaxt Lvovda işləməyə icazə verilmədi. Moskvaya, oradakı Helsinki Qrupunun üzvləri ilə görüşmək üçün səfər etdikdən sonra onun üzərində inzibati nəzarət gücləndirildi. O, əvvəllər olduğu kimi saat 21:00-dan yox, axşam saat 20:00-dan etibarən evdə olmalı idi.
1978 və 1980-ci illərdə Kandiba ABŞ-yə mühacirət etməyə çalışsa da, Sovet hakimiyyəti ona ölkədən çıxış vizası vermədi.
2-ci dəfə həbsi 24 mart 1981-ci ildə Kandıba antisovet təşviqat və təbliğat ittihamı ilə həbs edildi. 24 avqust 1981-ci ildə 10 ciddi rejimli düşərgəyə və 5 il sürgünə məhkum edildi. O, SSRİ-nin hər yerindən siyasi məhbusların göndərildiyi məşhur VS-389/36-1 həbsxanasında yatıb. O, xüsusilə təhlükəli cinayətkar kimi də tanınıb.
Əməkdaşlıqdan imtinaya və siyasi məhbus statusunda israrla olduğuna görə, 1 yanvar 1988-ci ildə Kandıba 65 gün müddətinə cəza kamerasına salındı. 5 sentyabr 1988-ci ildə İvan Kandıba SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əfv edildi.
Lakin o, sentyabrın 9-da etiraz əlaməti olaraq aclıq aksiyası keçirdikdən və ABŞ prezidenti Ronald Reyqanın siyasi məhbusun azadlığa buraxılmasını tələb etməsindən sonra həbsdən buraxıldı.
Müstəqil Ukraynada 1990-cı ildə Kandıba "Ukraynanın Suveren Müstəqilliyi" siyasi birliyinin təsisçiləri arasında yer aldı. O, birliyin ilk rəhbəri seçildi.
1993-cü ildə Kandıba Ukraynadakı "Ukrayna millətçiləri"Kipiani, V. Party of retired anti-Semites. Pravytsia. təşkilatına qoşuldu. Müxalif olan bu təşkilatın leqallaşdırılması üçün lobbiçiliklə məşğul oldu.
İvan Kandıba 8 noyabr 2002-ci ildə, 72 yaşında Lvovda vəfat edib.
İstinadlar
Xarici keçidlər Kipiani, V. Party of retired anti-Semites. Pravytsia. Биографическая справка (1961—1976) в Базе данных «Заключенные пермских политлагерей (ИТК ВС-389/35, ВС-389/36, ВС-389/37) 1972—1992 гг.» Биографическая справка (1981—1988) в Базе данных «Заключенные пермских политлагерей (ИТК ВС-389/35, ВС-389/36, ВС-389/37) 1972—1992 гг.»
Kateqoriya:Lvov Universitetinin məzunları Kateqoriya:SSRİ dissidentləri