Marqarita Mediçi (; ) — Böyük Toskana hersoqu II Kozimo Mediçinin qızı, Parma hersoginyası. Oğlunun uşaqlıq illərində qısa müddət naibə olaraq xidmət etdi.
Həyatı 31 may 1612-ci ildə Florensiyada dünyaya gəldi. Atası Böyük Toskana hersoqu II Kozimo Mediçi, anası isə Avstriya hersoqu II Karlın qızlarından Mariya Maqdalenadır. Hələ 8 yaşında ikən Parma və Piaçensa hersoqu I Ranuççionun oğlu və varisi Odoardoyla nişanlandı. Cütlüyün toy mərasimi isə nişanlısının taxta çıxmasından sonra - 11 oktyabr 1628-ci ildə Florensiyada baş tutdu. Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda vəfat etdi.
Yekaterina (1629) II Ranuççio Farneze, Parma hersoqu Mariya Maqdalena (1633-1693) Alessandro Farneze Orazio (1636-1656) Yekaterina (1637-1684), rahibə Pietro (1639-1677) Ottavio (1641)
Ərinin 1646-cı ildə vəfat etməsinin ardından 16 yaşlı oğlu II Ranuççio taxta çıxarıldı. Naib təyin edilən qaynı kardinal Françesko Mariya ilə birlikdə dövlət idarəsini əlinə aldı. Qaynının 1647-ci ildə vəfat etməsindən sonra bu vəzifəni təkbaşına yürütdü. Ertəsi il oğlunun yetkinlik yaşına çatdığı elan edildi. Qalan ömrü barədə yetərli məlumat yoxdur. 6 fevral 1679-cu ildə Parmada vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Farneze ailəsi