Rizvan Maarif oğlu Talıbov (; ) — Ukrayna karateçisi. Komanda yarışlarında Avropa çempionu və dördqat bürünc mükafatçı, fərdi yarışlarda ikiqat Avropa üçüncüsü, beşqat Ukrayna çempionu. Ukraynanın beynəlxalq dərəcəli idman ustası.
Şəxsi həyatı 20 yanvar 1998-ci ildə Ukraynanın Çernovtsı şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Atası Ağdam rayonunun Novruzlu kəndindən, anası isə Ağdam şəhərindəndir. Valideynləri Ağdamın işğalından sonra iş ardınca Ukraynaya gediblər.
Azərbaycan, ukrain, ingilis və rus dillərini bilir.
İstinadlar
Xarici keçidlər Dünya Karate Federasiyasının (WKF) saytında profili
Kateqoriya:Ukrayna karateçiləri Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Ukrayna azərbaycanlıları