Ameliya Enn Blanford Edvards () – Ameliya B. Edvards kimi də tanınan, ingilis yazıçı, jurnalist, səyyah və misirşünas olmuşdur. Onun ədəbi uğurlarına "Ruh faytonu" (1864) adlı ruh hekayəsi, "Barbara tarixi" (1864) və "Lord Brekenberi" (1880) romanları, eləcə də "Nil çayı boyunca min mil" (1877) adlı Misirə dair səyahət gündəliyi daxildir. O, həmçinin 1878-ci ildə bir poeziya antologiyasını redaktə etmişdir.A Poetry-book of modern poets .

1882-ci ildə Misir Araşdırmaları Fondunu yaratmışdır. Misirşünaslığa verdiyi töhfələrə görə ona "Misirşünaslığın xaç anası" ləqəbi verilmişdir.

Həyatı link=https://en.wikipedia.org/wiki/File:Bust_of_Amelia_Edwards,_Petrie_Museum,_University_College,_London.jpg|left|thumb|240x240px|Ameliya Edvardsın büstü, Petri muzeyi, Londonda Universitet kollecində. link=https://en.wikipedia.org/wiki/File:Titian's_Birthplace.gif|thumb|Titianın doğulduğu yer, Ameliya Edvards tərəfindən "Ayaq dəyilməmiş zirvələr və nadir ziyarət edilən vadilər" kitabında çəkilmişdir. Kapriledə bir məkan təsviri. Ameliya Edvards 7 iyun 1831-ci ildə Londonun Islinqton bölgəsində doğulmuşdur."Edwards, Amelia Ann Blanford". Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/8529. (Subscription or UK public library membership required.) Onun anası irland, atası isə Britaniya Ordusunda zabit olmuş, sonradan bank sektorunda çalışmışdır. Edvards evdə təhsil almış və uşaq yaşlarından yazı bacarığını nümayiş etdirmişdir. İlk şeirini 7 yaşında, ilk hekayəsini isə 12 yaşında dərc etdirmişdir. Sonralar "Chambers's Journal", "Household Words", "All the Year Round", "Saturday Review" və "Morning Post" kimi jurnallara məqalələr yazmışdır.

Bundan əlavə, o, rəssamlıqla da məşğul olmuşdur. Öz əsərlərini illüstrasiya etmiş, oxuduğu kitablardan səhnələr çəkmişdir. 12 yaşında onun istedadı məşhur rəssam Corc Krukşankın diqqətini çəkmiş, lakin valideynləri rəssamlıq peşəsini dəstəkləməmişdir. Edvards həmçinin musiqi bəstələmiş və ifa etmişdir, lakin 1849-cu ildə tifo xəstəliyinə tutulduqdan sonra boğaz ağrılarından əziyyət çəkmiş və musiqiyə marağını itirmişdir. O, eyni zamanda atçılıq, atıcılıq və riyaziyyat kimi sahələrlə də maraqlanmışdır.

Ədəbi əsərləri 1850-ci illərin əvvəllərində Edvards yazıçılığa daha çox diqqət ayırmağa başlamışdır. Onun ilk romanı "My qardaşımın arvadı" (1855) olmuşdur. "Barbaranın tarixi" (1864) romanı, əsas mövzusu ikiarvadlılıq olduğu üçün onun məşhurluğunu artırmışdır. O, kitablarının tədqiqat və yazı prosesinə təxminən iki il vaxt sərf etdiyini qeyd edirdi. Onun son romanı "Lord Brekenberi" (1880) böyük uğur qazanmış və bir neçə dəfə nəşr olunmuşdur.

Bundan əlavə, Amelia Edvards bir neçə ruh hekayəsi yazmışdır, onlardan ən məşhuru "Ruh arabası" (1864) olmuşdur. Onun əsərlərinin fonu və personajları şəxsi təcrübələrindən təsirlənmişdir. Məsələn, "Barbaranın tarixi" (1864) romanının hadisələri onun uşaqlıqda yay tətilində olduğu Saffolk bölgəsində cərəyan edir.

Şəxsi həyatı Edvards 1851-ci ilin yanvarında cənab Bekon adlı biri ilə nişanlansa da, həmin ilin dekabrında nişanı pozmuşdur. Bu qərarı ehtimal ki, valideynlərinin maddi narahatlıqlarını azaltmaq üçün qəbul etmişdi, lakin münasibətdə sevgi olmadığına inanılır.

O, əsasən qadınlarla emosional bağlar qurmuşdur. 1860-cı illərdən etibarən, ondan 27 yaş böyük olan Ellen Dryu Breyşer adlı dul qadınla birlikdə yaşamışdır. Breyşer öz ərini və qızını itirdikdən sonra Edvardsın yeganə vəfalı dostuna çevrilmişdir.

Edvardsın həyatında başqa bir mühüm qadın Ellen Birn olmuşdur. O, bir keşişin həyat yoldaşı idi və Edvardsla 1860-cı illərin ikinci yarısında sevgi münasibəti yaşamışdır. Lakin Ellenin əri Con Rays Birn yeni iş yeri səbəbilə başqa bölgəyə köçdüyü üçün bu münasibət başa çatmışdır.

Amelia Edvards rəssam Marianna Nort, səyyah yoldaşı Lyuci Renşou və yaxın sirdaşı Keyt Bredberi (sonradan Qriffit) ilə də yaxın dostluq etmişdir.

Dolomit dağlarına səyahət link=https://en.wikipedia.org/wiki/File:The_Monte_Pelmo.jpg|left|thumb|Dolomit dağlarına ekspedisiya vaxtı Edvards tərəfindən çəkilmiş Monte Pelmo" (Pelmo dağı) Edvards 1853-cü ildə Dolomit dağları haqqında eşitmiş və 1872-ci ildə dostu Lyusi Renşou ilə birlikdə İtaliyaya səyahətə çıxmışdır. Onlar Venesiya, Lonqarone, Kortina d'Ampetso, Piyeve di Kadore və Boltsano kimi yerləri gəzmişdirlər.

O dövrdə Dolomitlər "terra inkoqnita" (naməlum torpaq) sayılırdı və az adam bu yerlərdən xəbərdar idi. Bu səyahət təəssüratlarını "A Yayın ortasında Dolomit dağlarında gəzinti" (1873) adlı kitabında qələmə almışdır.

Səyahət zamanı Titianın əsərlərini axtaran Edvards, Serravalle və Kadore kəndlərində Madonna və Uşaq adlı əsərləri tapmışdır.

Misir Amelia Edvards 1873–1874-cü illərin qışında yenidən dostu Lyusi Renşou ilə birlikdə Misirə səyahət etmişdir. O, bu ölkəyə və onun qədim və müasir mədəniyyətlərinə dərin maraq bəsləmişdir. Onlar Qahirədən cənuba doğru icarəyə götürdükləri dahabiyə (müəyyən sayda heyət üzvü olan ənənəvi Misir çayı qayığı) ilə yola çıxmışlar. Səyahət zamanı File məbədini ziyarət etmiş və Əbu Simbələ çatmışlar, burada altı həftə qalmışlar. Ekspedisiyanın digər üzvlərindən biri ingilis rəssamı Endryu MakKallum olmuşdur. O, öz adı ilə tanınan bir ziyarətgahı kəşf etmişdir. Onların qayığına başqa bir ingilis səyyahı Marianna Broklxerst və onun yoldaşı da qoşulmuşdur. Broklxerst və Edvards dostluq münasibətlərini qoruyub saxlamış və Broklxerst sonradan Edvardsın Misir Araşdırmaları Fonduna dəstək vermişdir.

Edvards Misir səyahətinə dair uğurlu və öz illüstrasiyaları ilə bəzədilmiş "Nil Çayı boyunca Min Mil" adlı kitabını 1877-ci ildə dərc etdirmişdir. Misirdəki səyahətləri qədim abidələrin turizm və müasir inkişaf səbəbilə məhv olma təhlükəsi altında olduğunu görməsinə səbəb olmuşdur. O, bu təhlükələrin qarşısını almaq üçün ictimai maarifləndirmə və elmi tədqiqatlara önəm verməyə başlamış, qədim abidələrin qorunması və tədqiqinə həsr olunmuş bir müdafiəçi olmuşdur. 1882-ci ildə, Britaniya Muzeyinin Numizmatika və Medal Departamentinin kuratoru Recinald Stüart Pul ilə birlikdə Misir Araşdırmaları Fondunu təsis etmişdir. O, ölümünə qədər bu fondun fəxri katibi kimi fəaliyyət göstərmişdir.

Fondun işini daha da irəlilətmək üçün Edvards yazıçılıq fəaliyyətini böyük ölçüdə dayandıraraq Misirşünaslığa tamamilə yönəlmişdir. O, "Britannika Ensiklopediyası" ensiklopediyasının 9-cu nəşrinə, onun Amerika əlavəsinə və "Standard Dictionary" lüğətinə töhfə vermişdir. Bundan əlavə, 1889–1890-cı illərdə Amerikada çətin və genişmiqyaslı bir mühazirə turuna çıxmışdır. Onun bu mühazirələri sonradan "Fironlar, Fellahlar və kəşfiyyatçılar" adlı kitab şəklində nəşr edilmişdir. link=https://en.wikipedia.org/wiki/File:Upper_part_of_a_statuette_of_an_Egyptian_man_and_his_wife._18th_Dynasty._From_Egypt._From_the_Amelia_Edwards_Collection._Now_housed_in_the_Petrie_Museum_of_Egyptian_Archaeology,_London.jpg|thumb|Misirli bir qadın və onun ərinə aid heykəlcikdən üst hissə. XVIII sülalə dövrünə aiddir. Misirdən tapılmışdır və Ameliya Edvards Kolleksiyasına daxildir. Hal-hazırda Londondakı Petri Misir Arxeologiyası Muzeyində saxlanılır. link=https://en.wikipedia.org/wiki/File:Phil%C3%A6_from_the_South_(1890)_-_TIMEA.jpg|right|thumb|File ("Nil Çayı boyunca Min Mil" kitabından illüstrasiya) link=https://en.wikipedia.org/wiki/File:Great_Rock-Cut_Temple,_Abou_Simbel,_Nubia_(1890)_-_TIMEA.jpg|thumb|Əbu Simbəl böyük məbədi ("Nil Çayı boyunca Min Mil" kitabından)

Ölümü və irsi Ameliya Edvards qripə yoluxduqdan sonra, 15 aprel 1892-ci ildə Ueston-super-Merdə vəfat etmişdir. O, 1864-cü ildən etibarən Bristol yaxınlığındakı Vestberi-on-Trim bölgəsində yaşamışdır.

Edvards Bristoldakı Sent Meri Ze Vircin (Henberi) kilsəsinin qəbiristanlığında dəfn edilmişdir. Onun məzarı ayaq hissəsində daşdan yonulmuş anx (☥) simvolu olan bir obelisklə işarələnmişdir.

Məzarı yaxınlığında onun 30 illik həyat yoldaşı Ellen Dryu Breyşer (9 aprel 1804 – 9 yanvar 1892) və Ellenin qızı Sara Harriet Breyşer (1832–1864) də dəfn edilmişdir. Edvards Misirə aid qədim əşyalar kolleksiyasını və şəxsi kitabxanasını London Universitet Kollecinə vəsiyyət etmişdir. O, həmçinin 2,500 funt sterlinq bağışlayaraq "Edvards Misirşünaslıq Kürsüsü"nün əsasını qoymuşdur. Bu təşəbbüs Misirşünaslığın müstəqil bir elm sahəsi kimi formalaşmasında böyük rol oynamışdır.

Edvardsın bu sahəyə olan bağlılığı ona "Misirşünaslığın Xaç Anası" ləqəbini qazandırmışdır.

Bundan əlavə, o, Somervil kollecinin Kitabxanasına da dəstək olmuşdur. Okfroddakı Somervil kollecinə çoxlu kitablar, sənədlər, suluboya rəsmlər və kiçik Yunan-Roma keramika kolleksiyası bağışlamışdır. link=https://en.wikipedia.org/wiki/File:Upper_part,_figure_of_an_official_of_Amenhotep_III,_from_a_double_statue._From_Bubastis_(Tell-Basta),_Egypt._From_the_Amelia_Edwards_Collection._The_Petrie_Museum_of_Egyptian_Archaeology,_London.jpg|thumb|III Amenhotep dövrünə aid bir vəzifəli şəxsin ikiqat heykəlindən üst hissə. Bubastis (Tell-Basta), Misir. Ameliya Edvards Kolleksiyasına daxildir. Hal-hazırda Londondakı Petri Misir Arxeologiyası Muzeyində saxlanılır.

Biblioqrafiyası

Tarix və arxeologiya A Summary of English History: from the Roman Conquest to the present time, 1856 Outlines of English history: from the Roman conquest to the present time: with observations on the progress of art, science and civilization and questions adapted to each paragraph: for the use of schools, c. 1857 The History of France; from the Conquest of Gaul by the Romans to the Peace of 1856, 1858 The Story of Cervantes, etc., 1862 A Thousand Miles Up the Nile London: George Routledge and Sons Ltd, 1877 (1st edition) and 1888 (2nd edition, ) Pharaohs, Fellahs and Explorers. New York: Harper & Brothers, 1891

Ədəbi əsərləri

Romanları "Qardaşımın arvadı. Bir həyat hekayəsi" (My Brother's Wife. A Life–History, 1855) "Həyat Pilləkəni. Bir ürək hekayəsi" (The Ladder of Life. A Heart History, 1857) "Gənc Markiz və ya bir hakimiyyət dövründən Hekayə" (The Young Marquis, or, A Story from a Reign, təqr. 1857) "On bir Mart. (Qırx il əvvəlki cib dəftərindən)" (The Eleventh of March. (From a pocket-book of forty years ago), 1863) "Qəhrəman deyil: Avtobioqrafiya" (No Hero: An Autobiography, 1863) "Barbaranın tarixi" (Barbara's History, 1864) "Əlçatan və əlçatmaz. Bir roman" (Hand and Glove. A Novel, 1865) "Yarım milyon pul" (Half a Million of Money, təqr. 1868) "Debenhemin andı" (Debenham's Vow, 1870) "Gənclik günlərimdə" (In the Days of My Youth, 1873) "Lord Brekenberi" (Lord Brackenbury, 1880)

Qısa hekayələri "Miss Keryu" (hekayələr toplusu, Miss Carew (collection), 1865) "Misyö Moris və digər hekayələr" (Monsieur Maurice and Other Stories, 1873) "Misyö Moris" "Bir mühəndisin hekayəsi" (An Engineer's Story) "Dan yeri kafesi" (The Cabaret of the Break of Day) "Ernst Kristian Şefferin hekayəsi" (The Story of Ernst Christian Schoeffer) "Yeni keçid" (The New Pass) "Təhlükəli bir xidmət" (A Service of Danger) "Qara Meşənin sərhədində bir gecə" (A Night on the Borders of the Black Forest) "Salomeyin hekayəsi" (The Story of Salome) "Etiraf kabinəsində" (In the Confessional) "Palazzo Bardelldə faciə" (The Tragedy in the Palazzo Bardell) "Dörd on beş ekspresi" (The Four Fifteen Express) "Bacı Coannanın hekayəsi" (Sister Johanna's Story) "Bütün müqəddəslər gecəsi" (All Saints' Eve) "Ruh Arabası" (The Phantom Coach, Amelia B. Edvards, I. M. Richardson tərəfindən uyğunlaşdırılmış və Hal Ashmead tərəfindən illüstrasiya olunmuş, təqr. 1982)

Poeziyası Ballads. London: Tinsley, 1865 A Poetry-book of Elder Poets, consisting of songs & sonnets, odes & lyrics, selected and arranged, with notes, from the works of the elder English poets, dating from the beginning of the fourteenth century to the middle of the eighteenth century. 1878

Tərcümələr Manual of Egyptian Archaeology and Guide to the Study of Antiquities in Egypt: for the use of students and travellers by Sir G. Maspero, translated by Amelia B. Edvards