Janna Delafua (d. 29 iyun, 1851 – ö. 25 may, 1916) Fransız arxeoloq, səyyah, yazıçı, feminist və jurnalist idi. O, Marsel-Oqüst Delafuanın həyat yoldaşı idi. O və həyat yoldaşı qədim fars şəhəri - Susanın qazıntılar aparmış və müxtəlif kəşflər etmişlər ki, onların bəziləri Luvr muzeyində sərgilənir.
Həyatı və fəaliyyəti
Janna Henrietta Maqre (Janna Delafua) Fransanın Tuluza şəhərində varlı burjua tacirlər ailəsində anadan olmuşdur. 1862-1870-ci illərdə Parisin bir qəsəbəsində yerləşən Kuvan de Uspeniya d'Otey məktəbində təhsil almışdır. O, 1870-ci ilin may ayında, 19 yaşında ikən Marsel Delafua ilə evlənmişdir. Həmin il Fransa-Prussiya müharibəsi başlamışdır. Marsel könüllü olaraq cəbhəyə göndərilmiş, Janna isə onu müşayiət edərək əsgər geyimində döyüşlərə qatılmışdır.
Müharibə bitdikdən sonra Marsel Midi dəmir yollarında işə düzəldi, lakin növbəti on il ərzində Delafua cütlüyü Misirə və Mərakeşə arxeoloji və tədqiqat səfərləri etdi. Janna bu səfərlərin qeydlərini aparmadı. Marsel Şərq və Qərb memarlığı arasındakı əlaqə ilə getdikcə daha çox maraqlanmağa başladı və 1879-cu ildə özünü arxeologiyaya həsr etməyə qərar verdi.
Delafua cütlüyü ilk dəfə 1881–82-ci illərdə Qacar İranını ziyarət edib geri qayıtdılar və bundan sonra daha bir dəfə Qacarlar İranında oldular (sonuncu dəfə 1884-cü ildə).Nameghi, Khadijeh Mohammadi; González, Carmen Pérez (2013). From Sitters to Photographers: Women in Photography from the Qajar Era to the 1930s . History of Photography, 37:1, p. 56. İlk səfərləri Marseldən İstanbula yük gəmisi ilə, oradan Rus gəmisi ilə Qara dənizin şərq sahilindəki Poti limanına, daha sonra isə Qafqazı keçərək Azərbaycan vasitəsilə Təbrizə daxil olmuşdur. Oradan Tehran, İsfahan və Şirazı gəzmişlər. Janna Delafua bu səfərləri fotolar, illüstrasiyalar və yazılarla sənədləşdirmişdir. O, səyahəti zamanı gündəlik qeydlər aparmış və bunlar sonradan iki cildlik kitab şəklində nəşr olunmuşdur. Janna abidələrin, arxeoloji qalıqların, kişilərin, qadınların və qrupların fotoşəkillərini çəkmişdir. Onlar Fransaya qayıtdıqdan sonra müxtəlif rəssamlar bu şəkillər əsasında illüstrasiyalar və oyma rəsmlər hazırlamışdır.Dieulafoy, Jane. Perse, la Chaldee, la Susiane (1887 edition) , p.2 and list of Illustrations at the end. Nəticədə "Persiya, Xaldeya, Suziana (La Perse, la Chaldée, la Susiane)" adlı səyahətnamə nəşr olunmuşdur ki, burada 336 litoqrafiya, o cümlədən 50 qadın portreti yer alır.
Susa şəhərində cütlük çoxlu artefakt və frizlər tapmışdır, bunlardan bəziləri Fransaya göndərilmişdir. Luvr Muzeyində nümayiş olunan məşhur "Şir Frizi" onların tapıntılarından biridir. Muzeydə Delafua cütlüyünün Fransaya gətirdiyi artefaktlar üçün iki xüsusi otaq ayrılmışdır. Onun bu fəaliyyətinə görə Fransa hökuməti 1886-cı ildə Janna Delafuanı "Şərəf legionu" ordeni ilə təltif etmişdir. Lakin tapılan obyektlərin Fransaya köçürülməsi İran arxeoloji qazıntılarına ciddi ziyan vurmuşdur. Janna Delafua Susadakı Apadana sarayı ilə bağlı xatirələrində yazırdı:
İran səfərlərindən sonra Delafua cütlüyü 1888-1914-cü illər arasında İspaniya və Mərakeşdə səyahət etmişlər. Bu dövrdə Janna iki roman yazmışdır: "Parisatis" (1890) – hadisələr qədim Susada cərəyan edir. Bu roman daha sonra Kamil Sen-Sans tərəfindən "Müsadirə (Déchéance)" operasına (1897) uyğunlaşdırılmışdır. I Dünya Müharibəsi zamanı Marsel könüllü olaraq Mərakeşin Rabat şəhərinə getdi və Janna onu müşayiət etdi. Lakin Mərakeşdə olarkən Jannanın səhhəti pisləşdi. O, amöbiyaz dizenteriyasına yoluxdu və Fransaya qayıtmaq məcburiyyətində qaldı. 1916-cı ildə Pompertuzat şəhərində vəfat etdi. Onlar övlad sahibi olmamışdı və ölümündən sonra Paris şəhərindəki evlərini Fransız Qızıl Xaç Cəmiyyətinə bağışladılar. Bu bina bu gün də Fransız Qızıl Xaçı tərəfindən istifadə edilir.
Biblioqrafiyası
Seçilmiş əsərləri
La Perse, la Chaldée et la Susiane 1881–1882. Paris: Hachette. 1887. L'Orient sous le voile. De Chiraz à Bagdad 1881–1882 (vol 2). Paris. 1889. À Suse 1884–1886. Journal des fouilles. Paris: Hachette. 1888. Parysatis. Paris: A. Durand & Fils. 1890. Volontaire. Paris: Colin. 1892. Rose d'Hatra et L'Oracle (short stories). Paris: A. Colin et Cie. 1893. Frère Pélage. Paris: Alphonse Lemerre. 1894. Déchéance. Paris: Alphonse Lemerre. 1897. Aragon et Valence. Paris: Hachette. 1901. L'épouse parfaite (translation from Fray Luis de León). Paris: Bloud. 1906. Castille et Andalousie. Paris: Hachette. 1908. Isabelle la Grande. Paris: Hachette. 1920.
İstinadlar
Mənbələr
Adams, Amanda (2010). "Jane Dieulafoy — All Dressed Up In a Man's Suit". Ladies of the Field: Early Women Archaeologists and Their Search for Adventure. Greystone Books. ISBN 978-1-55365-433-9. Bird, Dúnlaith (2012). Travelling in Different Skins: Gender Identity in European Women's Oriental Travelogues, 1850-1950. Oxford: Oxford University Press. ISBN 978-0-19-964416-2. Bonakdarian, Mansour (2006). Britain and the Iranian Constitutional Revolution of 1906-1911: Foreign Policy, Imperialism, and Dissent. Syracuse University Press. ISBN 978-0-8156-3042-5. Calmard, Jean (15 December 1995). "Dieulafoy, Jeanne Henriette Magre". Encyclopedia Iranica. Cohen, Getzel M.; Joukowsky, Martha Sharp (2006). "Jane Dieulafoy (1851-1916)". Breaking Ground: Pioneering Women Archaeologists. University of Michigan Press. ISBN 978-0-472-03174-0. Gran-Aymeric, Eve and Jean (1991). Jane Dieulafoy, une vie d'homme. Perrin. ISBN 978-2-262-00875-8. Irvine, Margot (2008). "Une Académie de femmes?". Irvine, Margot (1999). "Jane Dieulafoy's Gender Transgressive Behaviour and Conformist Writing". Portsmouth Working Papers on Contemporary France. Mesch, Rachel (2020). "Part I. Jane Dieulafoy: Masculinity for God and Country.". Before Trans: Three Gender Stories from 19th Century France. Stanford University Press. doi:10.1515/9781503612358. ISBN 978-1503606739. S2CID 242128755. Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları Kateqoriya:XIX əsr Fransanın qadın yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Fransa arxeoloqları