Quibi — 2018-ci ildə Kaliforniyanın Los-Anceles şəhərində Cefri Katzenberq tərəfindən əsası qoyulmuş qısa formalı mobil video platformasıdır. Platforma 6 aprel 2020-ci ildə fəaliyyətə başlamışdır.
50 orijinal proyekt ilə fəaliyyətə başlayan Quibi, 10 dəqiqədən çox olmayan bölümlər formasında yayımlanır. Yayımları 3 əsas formatda cəmlənir:
Split (Hissələrə ayrılmış) filmlər: Uzun filmlər 7-10 dəqiqəlik seqmentlər (bölümlər) formasında yayımlanır. Sənədli filmlər və ssenarisiz proqramlar: 10 dəqiqə və ya daha az olan epizodlarla (bölümlər) yayımlanır. Gündəlik məzmunlar: Xəbərlər və əyləncə sektorları istiqamətli 5-6 dəqiqəlik kontentlər.
Quibi "Turnstyle" adlı texnologiya sayəsində tam ekranda üfüqi və şaquli formatlar arasında dinamik keçid imkanı təklif edir. İstifadəçi videoya baxarkən telefonunu çevirdiyi zaman görüntü sağa və ya sola əyilmir, ekranın mövqeyindən asılı olaraq əvvəlcədən fərqli çərçivəyə salınmış versiya ilə fasiləsiz formada davam edir.
İstinadlar
Xarici keçidlər
(arxivləşdirilib) Quibi YouTube səhifəsi Quibi Instagram səhifəsi Quibi Twitter səhifəsi Quibi LinkedIn səhifəsi
Kateqoriya:Rəqəmsal texnologiyalar Kateqoriya:Media texnologiyaları Kateqoriya:Media Kateqoriya:Amerika brendləri Kateqoriya:ABŞ veb-saytları Kateqoriya:Los-Anceles şirkətləri Kateqoriya:Android proqramları