Coselin Meri Ketrin Toynbi (d. 3 mart, 1897 – ö. 31 dekabr, 1985) ingilis arxeoloqu və incəsənət tarixçisi idi. XX əsrin ortalarında o, Roma incəsənəti tədqiqatlarında aparıcı britaniyalı alimlərdən biri və bu sahədə dünya miqyasında tanınan nüfuzlu mütəxəssislərdən biri hesab olunurdu. O, Sent Hyuz Kollecində (Oksford), Ridinq Universitetində və Nyunhem Kollecində (Kembric) dərs demişdir. 1951-1962-ci illərdə Kembric Universitetində klassik arxeologiya üzrə Lourens professoru (klassik arxeologiya üzrə aparıcı alimlərə verilən ad) olmuşdur və bu vəzifəni tutmuş ilk və hələlik yeganə qadındır.

Bioqrafiya Toynbi Harri Valpi Toynbi və Sarah Edit Marşall (1859–1939) ailəsində dünyaya gəlmişdir. Onun qardaşı Arnold C. Toynbi tanınmış tarixçi, bacısı Marqaret Toynbi isə Oksford Universitetində professor idi. Ailəsi varlı deyildi və Londonda, Paddinqtonda qohumlarının evində yaşayırdılar. Onun atası Toynbi 10 yaşında olarkən sinir pozğunluğu keçirmiş və ömrünün qalan hissəsini ruhi xəstəxanada keçirmişdir. Bu səbəbdən, anası Edit, uşaqların tərbiyəsində əsas rolu oynamış və onların akademik uğurlar qazanması üçün ciddi çalışmışdır. Toynbi Vinçester Qızlar Məktəbində təhsil almış, daha sonra Nyunhem kollecində (Kembric) oxumuş və Klassik Tripos imtahanından birinciliklə məzun olmuşdur (1916–1920). Daha sonra Oksford Universitetində Adrian dövrünə aid heykəltəraşlıq mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1930-cu ildə fəlsəfə doktoru dərəcəsi almışdır.

Toynbi heç vaxt evlənməmişdir. Uşaqlıqda Anqlikan kimi böyüsə də, sonradan Katolikliyə keçmişdir. O, Con Brayan Uord-Perkins ilə birlikdə Müqəddəs Pyotrun məqbərəsi və Vatikan qazıntıları üzərində çalışmış və bu iş onun üçün xüsusi dini əhəmiyyət kəsb etmişdir. Təqaüdə çıxdıqdan sonra akademik məqalələr yazmağa davam etmiş və bacısı Marqaret ilə birlikdə Oksfordda yaşamışdır.

Akademik fəaliyyəti Məzun olduqdan sonra Toynbi Çeltnem Qızlar Kollecində latın dili müəllimi kimi qısa müddət çalışmışdır. Daha sonra Sent Hyuz Kollecində (Oksford) klassik filologiya üzrə müəllim (1921-1924) olmuşdur. Lakin o, Sesiliya Meri Adi adlı həmkarına qarşı haqsız rəftara etiraz olaraq Oksforddan ayrılmışdır. Daha sonra Ridinq Universitetində (1924-1927) klassiklər üzrə müəllim vəzifəsində çalışmışdır. 1927-ci ildən etibarən o, Kembricdə Nyunhem kollecində klassiklər üzrə direktor və professor kimi fəaliyyət göstərmişdir. 1931-ci ildə müəllim, 1951-ci ildə isə klassik arxeologiya üzrə Lorens professoru olmuşdur. O, bu prestijli vəzifəyə sahib olan ilk və yeganə qadın olmuşdur (1951-1962).Cambridge University Alumni O, 1920-ci illərdə Britaniya Məktəbi (Afina və Roma) ilə əlaqədə olmuş, daha sonra 1954-1959-cu illərdə Roma şöbəsinin rəhbəri kimi çalışmışdır. Roma incəsənəti üzrə görkəmli tədqiqatçı Ejeni Sellers Stronq ilə tanış olmuş və onun ölümündən sonra (1943) Toynbi ona nekroloq həsr etmiş J C M Toynbee 1943 'Obituary Notice. Mrs Arthur Strong' The Antiquaries Journal 23, Issue 3-4, pp. 188-189. və 1965-ci ildə "Romalıların incəsənəti" monoqrafiyasını onun xatirəsinə ithaf etmişdir. Toynbi 1948-ci ildə Tripolitaniyada Roma və xristian abidələrini araşdırmaq üçün Uord-Perkins və Ketlin Kenyon ilə birlikdə ekspedisiyada iştirak etmişdir. O, Roma imperiyası dövrünün incəsənəti, sikkələri, medal sənəti, mozaikaları, rəsmləri, metal işləri və digər sahələr üzrə geniş araşdırmalar aparmışdır. 1961-ci ilin yayında Londonda, Qoldsmits Hollda keçirilən Roma İncəsənəti sərgisinin kataloqunu hazırlamışdır. O, həmçinin 1946-cı ildən etibarən Roma Cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1962-ci ildə prezident seçilmək istəsə də, eşitmə problemi səbəbindən bu vəzifəyə uyğun görülməmişdir.Christopher Stray. 2010. ‘Patriots and Professors’: A Century of Roman Studies, 1910–2010. The Journal of Roman Studies, 100, 1-31. doi:10.1017/S0075435810000018

1971-ci ildə "Roma dünyası: ölüm və dəfn", 1973-cü ildə isə "Romalıların həyatında və incənəsətdə heyvanlar" kitablarını yazmışdır. O, "Romalıların həyatında və incənəsətdə heyvanlar" kitabını latınca öz ağ pişiyi Mitraya həsr etmişdir.Ann Hamlin. 2001. Pioneers of the Past. Newnham College, Cambridge, 43-46.

Fəxri adları və mükafatları

1943 – Britaniya Antikvarlar Cəmiyyətinin üzvü seçilmişdir. 1948 – Böyük Britaniyanın Kral Numizmatika Cəmiyyətinin medalı ilə təltif olunmuşdur. 1952 – Britaniya Akademiyasının üzvü seçilmişdir. 1956 – Amerika Numizmatika Cəmiyyətinin Hantinqton medalı ilə mükafatlandırılmışdır. 1967 – Nyukasl Universitetindən fəxri doktorluq almışdır. 1968 – Liverpool Universitetindən fəxri doktorluq almışdır. 1973 – Amerika İncəsənət və Elmlər Akademiyasının xarici fəxri üzvü seçilmişdir. 1977 – 80 illik yubileyinə həsr olunmuş elmi məqalələr toplusu nəşr edilmişdir. 1984 – London Antikvarlar Cəmiyyətinin erkən xristian arxeologiyası üzrə Frend Medalı ilə təltif olunmuşdur. 1988 – Onun xatirəsinə elmi məqalələr toplusu nəşr edilmişdir.

Seçilmiş əsərləri

The Hadrianic school: a chapter in the history of Greek art, 1934 Roman Medallions, 1944 Some Notes on Artists in the Roman World, Brussels, 1951 Christianity in Roman Britain, 1953 The Ara Pacis Reconsidered, Proc. Brit. Acad. ,1953 (with J.B. Ward-Perkins) The Shrine of St Peter and the Vatican Excavations, 1956 The Flavian Reliefs from the Palazzo delle Cancellaria in Rome, 1957 Art in Roman Britain, 1962 Art in Britain under the Romans, 1964 The Art of the Romans, 1965 Death and Burial in the Roman World, 1971 Animals in Roman Life and Art, 1973 Roman Historical Portraits, 1978 The Roman Art Treasures from The Temple of Mithras 1986

Xarici keçidlər

Sorensen, Lee. "Toynbee, Jocelyn Mary C[atherine]." In Dictionary of Art Historians (retrieved 20 December 2009). The Ara Pacis Reconsidered, 1953, by Jocelyn M. C. Toynbee Hatfield, Linda, 1972. "Jocelyn Mary Catherine Toynbee" In Papers of the British School at Rome J.M. Reynolds, 1993. "Jocelyn Mary Catherine Toynbee" In Proceedings of the British Academy

İstinadlar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Britaniya tarixçiləri Kateqoriya:Britaniya arxeoloqları