Vorren Hardinq Prezident Mərkəzi və Muzeyi — ABŞ-ın 29-cu prezidenti Vorren Hardinqin prezidentlik kitabxanası. Kitabxana 2021-ci il mayın 12-də rəsmi olaraq istifadəyə verilib.

Tarixi 90px|left|thumb|Vorren Hardinq. Mərkəz Ohayo ştatının Marion şəhərində keçmiş prezidentin tarixi ev muzeyi olan Hardinq evinin yanında yerləşir. Vorren Hardinqin 1920-ci il prezident seçkilərində qələbəsinin 100-cü ildönümü tarixinə bina hazır olmuşdur.

7,5 milyon dollarlıq layihə Harding Home, Marion Technical Kolleci və Ohayo History Connection şirkətləri tərəfindən 12 aprel 2016-cı ildə elan edildi. Ohayodan olan hər iki ABŞ senatoru Şerrod Braun və Rob Portman layihənin fəxri həmsədrləridir. Mərkəzdə Hardinqin prezidentliyi haqqında geniş məlumatlar verilir.

Tikinti planlarına əsasən, mərkəzin ərazisinə 15 min kv. m. sahəsi olan kitabxana və muzey daxildir.

Eksponatları Mərkəzdə keçmiş prezidentin interaktiv eksponatları,, görüş otaqları var. Həmçinin burada bir vaxtlar keçmiş prezident və onun həyat yoldaşı Florens Hardinqə məxsus olan artefaktlar və xatirə əşyaları sərgilənir.https://web.archive.org/web/20231113090536/https://www.cleveland.com/travel/2016/04/7_million_harding_presidential.html Bundan əlavə, mərkəzdə 1963-cü ildən bəri Ohayo History Connection-ın Kolumbusdakı qərargahında saxlanılan prezident sənədləri nümayiş olunur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Prezident kitabxanaları Kateqoriya:2021-ci ildə yaradılmış muzeylər Kateqoriya:ABŞ Prezident kitabxanaları