Skifa Kahla () – Tunisin Mehdiyə şəhərindəki qədim qala divarlarının salamat qalmış azsaylı hissələrindən biri. X əsrə aiddir. Fatimilər xilafəti tərəfindən şəhərin girişi qorumaq məqsədilə əsas qala kimi tikilmişdir. Mehdiyə şəhərinin tarixi hissəsinə olan bir neçə girişdən biridir.

Tarixi Tikili 916-cı ildə ilk Fatimi xəlifəsi Əbd Allah əl-Mehdi Billahın əmri ilə tikilmişdir. Strukturun dizaynı Fatimi memarlığına əsaslanır. XI əsrdə türklər tərəfindən hazırlanmış artilleriyanı yerləşdirmək üçün tikilidə yenilənmə işləri aparılmış, silahlar üçün anbar və otaqlar tikilmişdir. V Karlın Mehdiyə şəhərinin mühasirəsi zamanı tikili salamat qalmışdır. Bir müddət tikili Mehdiyə şəhərinin yeganə quru girişi funksiyasını yerinə yetirmiş, xristian işğallarının və imperiya müharibələrinə qarşı istifadə olunmuşdur. Tarixçilərin fikrincə "Skifa Kahla" ifasəi "Qara vestibül" mənasına gəlir. 1554-cü ildə bir ispan qrupu tikilinin girişini uçurmuşdur. İspanların hücumundan sonra tikilidə modifikasiyalar aparılmışdır. XVI əsrin sonunda tikilinin divar sistemi türklər tərəfindən yenidən inşa olunmuşdur. Skifa Kahla şəhərin ikinci müdafiə xəttinin əsas qülləsinə çevrilmişdir.

2015-ci ildə tikilidə bir sıra bərpa işləri aparılmışdır. Bərpa işləri Tunis Milli İrs İnstitutu tərəfindən Mehdiyə şəhərinin 1200 illiyi münasibətilə yerinə yetirilmişdir.

Struktur Binanın qülləsi Osmanlı dövründə tikilmiş divarlarla əhatə olunmuşdur. Qüllənin hündürlüyü 18,5 metr, dərinliyi 12,7 metr və eni 12 metrdir. Tikilidə Mehdiyə şəhərinin qədim hissəsində yerləşən bazarlara aparan dəhliz mövcuddur. Tikili XVII əsrə aid edilən iki çoxbucaqlı proyeksiyadan ibarətdir.

Qalereya

İstinadlar

Kateqoriya:Tunis tikililəri Kateqoriya:Şəhər darvazaları Kateqoriya:Fatimilər xilafəti