Zeyn bint Hüseyn (; ) — III İordaniya kralı I Hüseynin qızlarından biri.

1968-ci ildə Ammanda əkiz bacısı Ayşə ilə birlikdə dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun ingilis əsilli ikinci xanımı kraliça Muna əl-Hüseyndir. İlk təhsilini İordaniyadakı Amerikan məktəbində aldı. Ardından ABŞ-da yatılı məktəbə göndərildi və 1986-cı ildə məzun olub Ammana qayıtdı.

1990-cı illərdən etibarən xeyriyyəçiliklə məşğul olan Zeyn binti Hüseyn atasının istəyilə Ammandakı kral sarayının yetimxanaya çevrilməsində mühüm rol oynadı və sonralar bu dövlət qurumunun idarəçiliyini etdi.

Ailəsi 3 avqust 1989-cu ildə Seyid Məcid əl-Salehlə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu. Ancaq qızlarının ölümündən sonra bir qız uşağı övladlığa götürdülər.

Cəfər əl-Saleh (9 noyabr 1990-), 2021-ci ildə Ayşə Yəhya Quta ilə evləndi. Cüməna əl-Saleh, körpə ikən vəfat etdi. Təhani əl-Şahva

İstinadlar