Aliyə Bahəddin Tukan (; ) — İordaniya kralı I Hüseynin üçüncü xanımı, IV İordaniya kraliçası.
1948-ci ildə Qahirədə doğuldu. Atası diplomat Bahəddin Tukan, anası isə Hanan Haşimdir. Atası vaxtilə İordaniya kralı I Abdullahın yaxın sirdaşlarından biri idi və 1952-ci il konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdi. Hətta bir müddət İordaniyanın Birləşmiş Millətlər Təşkilatındakı ilk nümayəndəsi kimi də fəaliyyət göstərmişdi.
Atasının vəzifəsi səbəbilə tez--tez səyahət edən Aliyənin uşaqlıq illəri Misir, Türkiyə, London, ABŞ və Romada keçdi. İlk təhsilini Londonda alan Aliyə 1971-ci ildə Ammana köçdü və burada İordaniya Kral Hava Yollarında çalışmağa başladı. Bu vəzifədə ikən kral I Hüseynlə tanış oldu və kralın boşanmasından 3 gün sonra sarayda keçirilən qapalı bir məclisdə onunla 24 dekabr 1972-ci ildə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi və 1976-cı ildə fələstinli bir qız uşağını övladlığa götürdülər.
Həya bint Hüseyn (1974-) Əli ibn Hüseyn (1975-) Abir Muhaysen (1972-), 1976-cı ildə övladlıq götürülmüş fələstinli qız uşağı.
Onun səyləri nəticəsində, 4 aprel 1974-cü ildə çıxarılan qanunla qadınlara səsvermə və parlamentdə seçilmə hüququ verildi. Ancaq 1974-1989-cu illərdə İordaniyada parlament seçkiləri keçirilmədiyi üçün bu qanun qüvvəyə minmədi. 9 aprel 1977-ci ildə Amman hava məkanında baş verən helikopter qəzasında həlak oldu. Ölkənin cənubundakı xəstəxanaları təftişə yollanan Aliyə Tukanla birlikdə Səhiyyə naziri Məhəmməd əl-Bəşir və polkovnik-leytenant Məhəmməd Əlxas da bu qəzada vəfat etdi.في ذكرى استشهاد المغفور لها الملكة علياء. al Rai Newspaper (in Arabic). 17 February 2011
Mənbə
Ədəbiyyat
Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2
İstinadlar
Kateqoriya:Aviasiya hadisələrində həlak olanlar