Yoav Qallant (; ) — israilli siyasətçi və 2022–2024-cü illər arasında müdafiə naziri vəzifəsində çalışmış keçmiş hərbçi. Qallant İsrail Hərbi Dəniz Qüvvələrində xidmət edən İsrail Silahlı Qüvvələrinin Cənub Komandanlığının zabiti idi. 2015-ci ilin yanvarında o, yeni Kulanu partiyasına qoşularaq siyasətə gəldi. Knessetə seçildikdən sonra tikinti naziri təyin edildi. 2018-ci ilin sonunda o, Likud partiyasına qoşuldu, qısa müddət sonra Aliya və İnteqrasiya naziri oldu. 2020-ci ildə təhsil naziri, növbəti il isə müdafiə naziri təyin edildi. 5 noyabr 2024-cü ildə Baş nazir Benyamin Netanyahu, 7 noyabrdan etibarən Qallantı vəzifəsindən azad etdiyini və onun yerinə İsrail Katzın gəlməsini istədiyini açıqlayıb.

21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və HƏMAS lideri Məhəmməd Deyf ilə birlikdə Qallantın HƏMAS–İsrail müharibəsi zamanı törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.

İstinadlar

Kateqoriya:İsrail siyasətçiləri Kateqoriya:İsrail hərbçiləri Kateqoriya:İsrail nazirləri Kateqoriya:İkinci Livan müharibəsi iştirakçıları Kateqoriya:İsrailin müdafiə nazirləri Kateqoriya:Polşa-yəhudi əsilli İsrail şəxsləri Kateqoriya:İsrail əsgərləri